Biz daha bir ERP şirkəti deyil – Biz sizi uğura aparan (ERP) tərəfdaşınızıq! "BeIT&Partners" şirkəti 2014-cü ildən professional iş həyatına başlamışdır. İllərdir ki, ERP həllərini şirkətinizə gətirərək bütün biznes proseslərinizin daha asan və səmərəli idarə edilməsi üçün çalışırıq. Müxtəlif biznes sektorlarında ixtisaslaşan müəssisələrlə/şirkətlərlə əməkdaşlıq edərək, fəaliyyətimizi hər keçən gün daha da genişləndiririk.
Şirkətinizin özünəməxsus tələbatlarını təmin etmək məqsədi ilə seçəcəyiniz Şirkət Resurslarının Planlaşdırılması (ERP) üsulları optimallaşdırılmış və disiplinləşdirilmiş sistemlə bərabər hərəkət edən xidmətlərin qiymətləndirilməsini və layihənin idarəedilməsini özündə cəmləşdirir.
BeIT&Partners əməkdaşlığın ilk günündən sizə sistem tətbiqi və gündəlik iş zamanı sistem dəstəyi xidmətlərinin göstərilməsini yüksək və peşəkar səviyyədə təmin edir.
Öz məhsulumuz olan “BHRin” ilə ölkə bazarına çıxdıq.
İnsan Resurslarının idarə olunması sahəsinin nəhənglərindən sayılan “Peoplise” isə əməkdaşlığa başlayaraq, nümayəndəsi olduq.
Proqramlaşdırılma şöbəmizin fəaliyyətə başlamasıyla öz məhsullarımızı yaratmağa başladıq.
EBRD ilə əməkdaşlıq etməyə başladıq.
LOGO məhsullarını dünya bazarında ən çox satan nümayəndəsi adını qazandı. LOGO şirkətinin məlumat avtomatlaşdırılması üzrə lider təmsilçisi seçildi.
Biznes proseslərinin idarə edilməsi (BPM) sahəsində ixtisaslaşmış Türkiyə nəhənglərindən olan Netoloji şirkətinin rəsmi nümayəndəsi statusunu aldı. E-Flow Netoloji proqramı vasitəsi ilə bir çox şirkətdə proseslərin avtomatlaşdırılması mümkün oldu.
İnformasiya Texnalogiyaları (İT) sahəsində öndə gedən ERP həlləri üzrə ixtisaslaşmış, Türkiyənin ən böyük proqram şirkətlərindən olan LOGO şirkətinin rəsmi nümayəndəsi (distributoru) ünvanını qazanmışdır.
“BeIT Partners” şirkətinin direktoru və təsisçisi olaraq karyera həyatına elə ERP sahəsində başlamış və 2008-2009-cu illərdə isə Ukraynanın Dnepropetrovsk şəhərində, “MİROPLAS Qapalı Səhmdar Cəmiyyətinin” layihəsində ERP administrator vəzifəsində çalışmışdır. Bundan sonra ölkənin bir sıra öndəgedən müəssisələrində ERP mütəxəssis kimi çalışmışdır. 2014-cü ildə EMS Consulting şirkətini təsis etmişdir. 2017-ci ildə LOGO Türkiyənin rəsmi nümayəndəsi , 2018-ci ildə isə lider təmsilçisi seçilmişdir. 2020-ci ildə isə BeIT Partners şirkətini təsis edərək, dünya bazarına giriş etmişdir. ERP sahəsində zəngin təcrübəsi və güclü komandası ilə illərdir kiçik, orta və böyük bizneslərin dijital transformasiyasında böyük rol oynayır.