BPM - in iş üçün faydaları:
• Proseslər nəzarətə alınır,
• Performansa nəzarət edir,
• İT ilə iş dünyası arasında ünsiyyəti asanlaşdırır,
• Fəaliyyət və bacarıqların izlənilməsini təmin edir,
• Müəssisə daxilində görülən işləri standartlaşdırır.
BPM, müəssisələrin aktivləri arasında sayıla bilən prosesləri aşkar etməyi, sənədləşdirməyi, təkmilləşdirməyi və avtomatlaşdırmağı hədəfləyir. Müəssisələr üçün həyati əhəmiyyət kəsb edən maliyyə məsələləri ilə də əlaqəli olan BPM, performans meyarlarını aşkar etməklə, proseslərin xərclərini və fərdlərin fəaliyyətinin izlənilməsini asanlıqla həyata keçirməyə imkan verir.
Təklif etdikləri imkanlar sayəsində iş dünyası tərəfindən qəbul edilən BPM sistemləri, sürətli, çevik, daha əlverişli və işgüzar prosesləri modelləşdirməyi hədəfləyir. Beləliklə, müştəriyə proseslərin nəzarət altına alınmasına, işin necə aparılacağını standartlaşdırmağa və proseslərin çatışmaz və qüsurlu tərəflərini müəyyən etməyə imkan verəcək bir quruluş təqdim edir.
BPM ilə siz bir çox sahədə öz işinizi avtomatlaşdıra bilərsiniz:
BPM ənənəvi iş dünyası ilə “e” dünyası arasında körpü rolunu oynayır.
Biznes Proseslərinin İdarə Edilməsi (BPM), prosesləri idarə etmək və optimallaşdırmaqla təşkilatların fəaliyyətini yaxşılaşdıran bir idarəetmə formasıdır. BPM təşkilatların səmərəliliyini və effektivliyini artırır. Korporativ proseslərin avtomatlaşdırılması “məhsulun və ya xidmətin istehsalı və paylanması üçün izlənilə bilən və idarə oluna bilən texnologiyanı tətbiq etməkdir”.
Niyə Biznes Proseslərinin İdarə Edilməsi (BPM)?
• Digər mövcud proqram təminatı ehtiyacları tam ödəyə bilmir
• Kağız üzərində proseslərini izləmək çətindir
• Bəzi prosedur və standartların həyata keçirilməsində problemlər ortaya çıxır
• Komanda şəklində iş görməkdə çətinliklər yaranır
• Bütün iş prosesini birləşdirə bilməmək yorucudur
• Statik sənədləşmə zaman keçdikcə köhnəlir
• Kritik proseslərdə sürətli və səhvsiz iş həyata keçirilir
• Texnologiyadan yaxşı istifadə edərək rəqibləri qabaqlamaq imaknı yaranır
• Əl ilə icra edilən prosesləri elektron mühitə asanlıqla köçürmək mümkündür
BPM - in üstünlükləri:
• Prosesləri təhlil etməklə əlavə fəaliyyətlər aradan qaldırılır və bununla da resursların daha səmərəli istifadəsinə imkan verilir.
• İşçi və müştəri məmnuniyyəti təmin olunur
• Elastiklik artır və beləliklə dəyişikliyə uyğunlaşma müddəti qısalır.
• Proseslərin izlənilməsinə nəzarət artır, tapşırıqlar dəqiq və tez yerinə yetirilir.
• Çevikliyi sayəsində qurumlara görə fərdiləşdirilə və müxtəlif sektorlardan fərqli tələblər üçün istifadə edilə bilər.