Biznes Proseslərinin idarə edilməsi, müəssisələrin işlərini modelləşdirmək üçün təşkilat daxilində görülən işlərə vahid yanaşan bir üsuldur.
BPM - in iş üçün faydaları
• Proseslər nəzarətə alınır,
• Performansa nəzarət edir,
• İT ilə iş dünyası arasında ünsiyyəti asanlaşdırır,
• Fəaliyyət və bacarıqların izlənilməsini təmin edir,
• Müəssisə daxilində görülən işləri standartlaşdırır.
BPM müəssisələrə öz proseslərini təhlil etməyə, iş axınlarını müəyyənləşdirməyə, prosesləri optimallaşdırmağa və idarə etməyə kömək edir. BPM, həmçinin biznesə öz proseslərini avtomatlaşdırmağa və səmərəliliyini artırmağa imkan yaradır. BPM biznesə bütün prosesləri vahid sistem altında idarə etməyə imkan verir və biznes proseslərindəki uyğunsuzluqları aradan qaldırır.