HRM həllərinin üstünlükləri

1 December 2023 11:46

HRM həllərinin üstünlükləri

İnsan Resursları (HR) proqramı inzibati vəzifələri və işə qəbul prosesini sadələşdirmək, həmçini işçi qüvvəsi məlumatlarını mərkəzləşdirməklə şirkətlərdə mühüm əhəmiyyət daşıyır.

İnsan Resurslarının İdarəsi sahəsi üçün ERP’nin məqsədi, çox vaxt və enerji sərf etmədən İnsan Resursları proseslərini avtomatlaşdırmaq və sürətləndirməkdir. Əmək Məcəlləsinə tam uyğunlaşmış, bütün sorğulara operativ şəkildə cavab verən və əmək haqqı hesablanması prosesini də özündə cəmləyən, öz məhsulumuz olan “BHRin” sayəsində İnsan Resurslarının planlanması daha rahat və güvənilir şəkildə həyata keçirilir. Bu proqram əməkdaşlarınızın məlumatlarının tutulması; məzuniyyət, ezamiyyə, bonus, toplu əmək haqqı hesablanması, sosial yardım və s. fəaliyyətlərinizi həyata keçirməyə və onları tək bir mərkəzdən idarə etməyə imkan verir. “BHRin” demək olar ki, hər bir sektorun iş prinsipinə uyğunlaşaraq, əməliyyatları daha sürətli və güvənli şəkildə həyata keçirməyə şərait yaradır. “BHRin” həmçinin süni intellektin köməyilə “recruitment”, “onboarding” və “offboarding” proseslərini avtomatlaşdıran, daha operativ hala gətirən və öz sektorunda Türkiyənin nəhənglərindən sayılan “Peoplise” şirkətinin məhsulları olan “Analyse” və “Harmonise” proqramları ilə inteqrasiya olunmuş halda işləyir. Bütün bu proseslərin avtomatlaşması sayəsində müəssisə vaxta, resursa və enerjiyə böyük ölçüdə qənaət edir.

Modullar:

Struktur

Müəssisə məlumatları əlavə olunandan sonra, müəsssisənin təsdiqlənən sonuncu təşkilatı strukturu proqrama daxil olunur və bu struktur üzərindən işçilər sistemə alınır.

İşçi məlumatlarının idarə olunması

İşçi məlumatları müvafiq şəkildə saxlanılır və tənzimlənir.

Hesabatlar

İstənilən hesabatın müştəri tələbinə uyğun olaraq istənilən formada alınması və Excelə transferi mümkündür.

İşçi sənədləri

Sənədlərin (müqavilə, əmr, protokol, ərizə və s.)  avtomatik tərtib olunması, redaktəsi, və s. kimi proseslər proqram üzərindən aparılır.

Davamiyyət

İşçilərin turniket cihazlar əsasında giriş-çıxışının proqramda əks olunması və cihazların proqram üzərindən idarəsinə imkan yaradır. Həmçinin bu modulun imkanları sayəsində daxil olunan istehsalat təqvimi və əmrlər əsasında dəqiq tabel formalaşır və əmək haqqı hesablanması prosesində bu tabeldən istifadə olunur.

Təlim, imtahan, anket

İşçilərin təlim prosesinin idarə olunması, anketlərin keçirilməsi, imtahan suallarının və nəticələrinin proqrama əlavə olunması üçün istifadə olunan moduldur.

Əmək haqqı hesablanması

Hər bir işçinin tabel məlumatları əsasında bütün xüsusi hallar nəzərə alınaraq, əmək və vergi qanunvericiliyinə uyğun olaraq dəqiqələr içində dəqiq əmək haqqı hesablanır.

İşçi portalı

İşçilərin avans, məzuniyyət, təlim və s. tələblərinin idarəsi və digər bütün məlumatlarına baxmasına imkan yaradan moduldur.

Parametrlər

Bu hissədən userlərə modullar üzrə səlahiyyət vermək, turniket cihazı və proqram sazlamaları etmək mümkündür.

Qısacası müəssisənizdə  “BHRin”i tətbiq etməklə  İnsan Resurslarının idarəolunması və İT arasında bağlantı quracaq və gələcəyə bir addım atmaqla uğrunuzu qarantiləyəcəksiniz.

 

Müəllif haqqında

Some Author
Some Author
Lorem ipsum dolor sit amet, consectetuer adipis Lorem ipsum dolor sit amet, consectetuer adipis. Lorem ipsum dolor sit amet, consectetuer adipis Lorem ipsum dolor sit amet, consectetuer adipis.
ERP
1 December 2023 13:17

Anbar İdarəetmə Sistemi

Anbar idarəetmə Sistemi (WMS) biznesin bütün fəaliyyətində paylama mərkəzindən mağaza rəfinə qədər təchizat zəncirinin sifarişin idarə edilməsi əməliyyatlarını idarə edən proqram həllidir. Anbar İdarəetmə (WMS) həlləri həmçinin şirkətlərə resurslardan istifadəni və material axınlarını koordinasiya etməyə və optimallaşdırmağa imkan yaradır. Bugünkü dinamik, çoxyönlü iqtisadiyyatda müştərilər harada olmalarından asılı olmayaraq sifarişləri almaq, yerinə yetirmək və qaytarmaq istəyirlər. Bu ehtiyacı ödəmək üçün müəssisələr sifariş idarəetmə xüsusiyyətlərini optimallaşdıran anbar idarəetmə proqramı ilə xidmət göstərə bilməlidirlər. Sənayedə aparıcı, bulud əsaslı anbar idarəetmə sistemi sizi bu gün sabahkı təchizat zəncirinə hazırlayır. WMS Cloud inventar idarəetmə xidmətini müasir satınalma metodları ilə uyğunlaşdırmaq üçün təchizat zəncirlərini genişləndirir və bütün inventarların real vaxt rejimində görünməsini təklif edir. Bütün bunlara smartfon və brauzer vasitəsilə daxil olmaq olmaq mümkündür.
Daha çox!
1 December 2023 10:50

CRM-in biznesdə gücü

CRM xidmətləri bizneslərə müştəriləri ilə güclü və davamlı əlaqələr qurmağa, marketinq strategiyalarını təkmilləşdirməyə və ictimaiyyətlə əlaqələri gücləndirməyə imkan verir.
Daha çox!
ERP
22 November 2023 00:20

Mikro Bizneslər üçün Səmərəliliyin Artırılmasında ERP-nin Əsas Rolu

Bugünkü yüksək rəqabətli biznes mənzərəsində mikro bizneslər öz əməliyyatlarını idarə etmək və sadələşdirmək məsələsində unikal problemlərlə üzləşirlər. Rəqabətdən qabaqda qalmaq və səmərəliliyi artırmaq üçün mikro bizneslər texnologiyanın gücündən istifadə etməlidirlər. Müəssisə Resurslarının Planlaşdırılması (ERP) sistemlərinin işə düşdüyü yer budur. ERP proqramı müxtəlif biznes proseslərini inteqrasiya etmək, avtomatlaşdırmaq və sadələşdirmək üçün nəzərdə tutulmuş hərtərəfli alətlər və funksiyalar dəstini təklif edir. İnventar idarəçiliyindən tutmuş maliyyəyə qədər ERP mikro bizneslərin fəaliyyət tərzində inqilab edə bilər. Mikro biznes üçün səmərəliliyin və məhsuldarlığın artırılmasında ERP-nin həlledici rolunu kəşf etmək üçün oxuyun, və ən yaxşı ERP həllinə sərmayə qoymağın niyə istənilən iddialı mikro biznes üçün ən yaxşı seçim olduğunu öyrənin.
Daha çox!