Vergi qanunvericiliyi paketi / Milli mühasibat paketi

“LOGO” Milli Mühasibat paketi vasitəsi ilə ƏDV əvəzləşdirilməsi, vergi-Kassa və elektron qaimə əməliyyatlarını bir kiliklə həyata keçirin!

ƏDV əvəzləşdirilməsi

Ay ərzində  şirkətin  alışlarının, dövriyyəsinin, mədaxillərinin və məxariclərinin uçotunun LOGO proqramı üzərində aparılmasından və ay sonunda  vergi uçotu sisteminə uyğun olaraq (BTP ) proqramına,  ƏDV hesabatının sistem tərəfindən öncədən tanıdılmış mexanizm əsasında (Vergi qanunvericiliyi) yoxlanılıb, hesabatların alınmasını təmin edir.

Hesabatda əldə edə biləcəyimiz məlumatlar  ƏDV bəyannaməsinə uyğun olaraq aşağdakı əlavələrdən ibarətdir:

  1. ƏDV
    1. Hesabat dövründəki dövriyyə barədə məlumatlar
    2. Debitor Hesabatı
    3. Əvəzləşdirilən ƏDV barədə məlumatlar (E-qaimə nömrələrinə uyğun)
  2. Əlavə 1- YGB (Yük Gömrük Bəyannəməsi) üzrə əməliyyat
  3. Əlavə 2- AR ərazisində Kənd təsərrüfatı mallarının satışı üçün alınmış mallar barədə məlumat
  4. Əlavə 3- ƏDV Tutulan əməliyyat barədə məlumat
  5. Əlavə 4- 0% ƏDV-yə cəlb olunan əməliyyatlar barədə məlumat
  6. Əlavə 5- ƏDV-dən azad dövriyyə barədə məlumat
  7. Əlavə 7 –Qeyri-rezidentin büdcəyə ödədiyi ƏDV barədə məlumat
  •  Vergi-Kassa

İnteqrasiya, Vergi kassalarının LOGO proqramına avtomatik köçürülməsini təmin edir. Şirkətin və Vergilər Nazirliyinin ən prioritet məsələsi, kassadan satılan hər bir məhsulun, həm vergi kassasında, həm də şirkətin uçotunda əks olunması və bu bərabərliyin  tənzimlənməsidir.

  • Elektron qaimə

Satılan məhsulların və ya xidmətlərin həm şirkətin proqramında əks olunması, həm də proqrama daxil etdikdən sonra E- qaimələrin yazılmasının avtomatikləşdirilməsi.

 LOGO proqramında həyata keçirilən hər bir əməliyyatın bir klik vasitəsi ilə təsdiqlənməsi E-qaimələrin yazılması prosesini avtomatlaşdırır.

 Satılan məhsulların və ya xidmətlərin həm şirkətin proqramında əks olunması, həm də proqrama daxil edilmə prosesini asanlaşdırır.

Bu vasitə ilə həm vaxta qənaət olunur, həm əlavə işçi qüvvəsindən azad olunur.