Qlobal Ödəniş Texnologiyaları Şirkətində LOGO ERP Tətbiqi
NBA Technologies International MMC — 2006-cı ildən etibarən Azərbaycan və MDB regionunda fəaliyyət göstərən, POS terminal, ATM və ödəniş texnologiyaları sahəsində ixtisaslaşmış şirkətdir. Şirkət “PAX”, “Verifone” və “GRGBanking” kimi beynəlxalq brendlərin rəsmi tərəfdaşı olaraq bank, retail və xidmət sektorları üçün müasir həllər təqdim edir. NBA Technologies International MMC-də LOGO ERP sistemi uğurla tətbiq olunmuş, HR və əmək haqqı modulları Azərbaycan qanunvericiliyinə uyğun şəkildə qurulmuşdur. Layihə çərçivəsində vergi, bank sistemləri və daxili platformalar daxil olmaqla 15-dən çox inteqrasiya həyata keçirilmiş, maliyyə, əməliyyat və idarəetmə prosesləri vahid ERP platformasında avtomatlaşdırılmışdır.
Digər Layihələr
ERP və BPM Sistemlərinin Qurulması
İstehsalat prosesinin avtomatlaşdırılması və anbar idarəetməsi....
Kimya Sənayesində Vahid ERP Sisteminin Tətbiqi
“NB Qrup” ASC-də maliyyə, mühasibatlıq və əməliyyat proseslərinin vahid platform...
Güngöroğlu Paxlava-da LOGO ERP və İstehsal Avtomatlaşdırılması Layihəsi
Güngöroğlu Paxlava-da LOGO ERP, mobil satış və MES istehsal sistemi tətbiq oluna...