Güngöroğlu Paxlava-da LOGO ERP və İstehsal Avtomatlaşdırılması Layihəsi
Güngöroğlu Paxlava ölkənin ən qədim və ən böyük paxlava istehsalçılarından biri olaraq Azərbaycan və Türk paxlavasının istehsalı və satışı sahəsində fəaliyyət göstərir. Şirkət ənənəvi reseptləri qoruyaraq yüksək keyfiyyətli məhsullar istehsal edir və geniş məhsul çeşidi ilə həm yerli, həm də korporativ müştərilərə xidmət göstərir. İstehsalda yalnız keyfiyyətli xammaldan istifadə olunur və məhsullar peşəkar ustalar tərəfindən hazırlanır. Şirkətin əsas məqsədi Şərq mətbəxinin ənənəvi dadlarını müasir istehsal yanaşması ilə birləşdirərək müştərilərə yüksək keyfiyyətli və əlçatan məhsullar təqdim etməkdir.
Güngöroğlu Paxlava-da LOGO ERP sistemi tətbiq olunaraq istehsal, anbar, satış, maliyyə və distribyusiya prosesləri vahid platforma üzərindən idarə olunmağa başlanılmışdır. Layihə çərçivəsində mobil satış sistemi və MES (Manufacturing Execution System) istehsal həlli qurularaq istehsal proseslərinin başlanğıcdan son mərhələyə qədər tam izlənməsi və avtomatlaşdırılması təmin edilmişdir.
İstehsal planlama, reseptura idarəetməsi, anbarlararası hərəkətlər və hazır məhsulun idarə olunması optimallaşdırılmış, satış komandalarının sifarişləri real vaxt rejimində sistemə daxil etməsi və məhsulların müştərilərə vaxtında çatdırılması təmin edilmişdir. Qurulan ERP infrastrukturu şirkətin əməliyyat sürətinin artırılmasına, istehsal nəzarətinin gücləndirilməsinə və biznesin böyümə prosesinin daha effektiv idarə olunmasına mühüm töhfə vermişdir.
Digər Layihələr
Qlobal Şəbəkəyə Malik Şirkətdə LOGO GO Tətbiqi
“System Air” havalandırma şirkətinin çoxmillətli əməliyyatlarının LOGO GO vasitə...
Tibbi İdarəetmənin və Satınalma Proseslərinin Avtomatlaşdırılması
LOGO Tiger 3 və “Akgün” sistemlərinin inteqrasiyası ilə vahid səhiyyə infrastruk...
Pərakəndə Satış və Mühasibatlıq İnteqrasiyası
Satışların avtomatlaşdırılması və E-manat inteqrasiyası....