SIREN TRADING LLC-də LOGO ERP və Mobil Satış Sisteminin Tətbiqi
SIREN TRADING LLC — 2008-ci ildən etibarən Azərbaycanın qeyri-neft sektorunda fəaliyyət göstərən və qida, eləcə də qeyri-qida məhsullarının idxalı üzrə ixtisaslaşmış aparıcı distribyutor şirkətlərdən biridir. Şirkət innovativ yanaşması, keyfiyyət prinsipləri və geniş distribyutor şəbəkəsi ilə bazarda etibarlı mövqeyə sahibdir. Gəncə regional ofisi vasitəsilə ölkənin bir çox bölgələrində müştərilərə operativ və keyfiyyətli xidmət göstərir.
Şirkətdə LOGO ERP sistemi uğurla tətbiq olunaraq maliyyə, mühasibat, satış və distribyusiya prosesləri beynəlxalq standartlara uyğun avtomatlaşdırılmışdır. Mobil satış sistemi vasitəsilə ekspeditorlar sifariş, ödəniş və cari hesab məlumatlarını real vaxt rejimində idarə edir, sifarişlərin düzgün və operativ şəkildə qəbul olunaraq çatdırılması təmin edilir. Layihə çərçivəsində bir neçə daxili sistem inteqrasiyası həyata keçirilərək əməliyyat prosesləri vahid ERP platforması üzərindən idarə olunmağa başlanılmışdır.
Digər Layihələr
İri Sənaye Müəssisələrində Kompleks ERP və BPM İnteqrasiyası
“Akkord Qazax Sement Zavodu”nda E-flow BPM və LOGO Tiger vasitəsilə logistika və...
İstehsalatın Avtomatlaşdırılması və Maliyyə Nəzarəti
LOGO Tiger 3 Enterprise vasitəsilə mərkəzləşdirilmiş idarəetmə....
Kənd Təsərrüfatı Sektorunda Kompleks ERP və BPM Tətbiqi
E-flow BPM və LOGO Tiger 3 vasitəsilə "Buta AGRO" şirkətində əməliyyatların mərk...