J-HR
ÜMUMİ BAXIŞ
Logo j-HR-nin veb əsaslı strukturu sayəsində istənilən vaxt istənilən yerdən HR proseslərinə daxil olun, bu yeni nəsil HR idarəetmə həlli, HR qrupları və direktorları üçün çeviklik və sürət təklif edərək zamandan və məkandan asılı olmayaraq işləmək imkanı verir.
Bütün HR tələbləri üçün
Logo j-HR, insan resursları proseslərini rəqəmsallaşdırmaq və onları tələblərinə görə uyğunlaşdırmaq istəyən, dağınıq struktura və sıx HR şöbələrinə malik olan müəssisələrə effektiv proses idarəetməsi imkanı verir.
Xüsusiyyətləri
İşə qəbulla başlayan, əmək haqqı müddətləri ilə davam edən və performansın qiymətləndirilməsi və karyeranın idarəedilməsi prosesləri ilə nəticələnən bütün HR mərhələləri Logo j-HR ilə başdan sona qədər idarə edilə bilər. Bundan əlavə, əmək haqqı əməliyyatları eyni sistemdə həyata keçirilə bilər.
Logo j-HR-nin veb əsaslı strukturu sayəsində, zamandan və məkandan asılı olmayaraq bütün məlumatlara internet bağlantısı olan istənilən yerdən daxil olmaq mümkündür.
Logo j-HR-nin çox dilli bazası sayəsində çoxmillətli şirkətlər tərəfindən asanlıqla istifadə edilə bilər.
Logo j-HR-in Logo j-Platform ERP ilə inteqrasiyası, HR proseslərinin eləcə də ERP sisteminin tək platforma üzərindən idarə olunmasını təmin edir.
Logo j-HR, hərtərəfli təşkilat idarəetmə modulu ilə şirkət daxilindəki insan resurslarını başdan sona qədər müəyyənləşdirməyə və idarə etməyə imkan verir. Şirkətin təşkilati qrafikləri modulun istifadəsini asanlaşdıran sürüşdür-burax funksiyası ilə asanlıqla formalaşdırıla bilər.
Müəssisələrin əmək haqqı prosesləri Logo j-HR vasitəsi ilə də idarə olunur və insan resursları qruplarının iş yükünü əhəmiyyətli dərəcədə azaldır, eyni zamanda əmək haqqı əməliyyatlarında insan səhvlərini azaldır. Hazırki və keçmiş işçilər üçün bütün iş sənədləri və məlumatları, həmçinin məzuniyyətlər Logo j-HR vasitəsi ilə effektiv şəkildə izlənilə bilər.
Logo j-HR ilə təklif olunan Zaman İdarəetmə modulu, işçilərin məzuniyyət tarixlərindən və hesabatlarından tutmuş, əlavə iş vaxtı və əmək haqqı jurnalına qədər hər hansı məlumatın tək nöqtədən idarə edilməsinə imkan verir. Vaxt İdarəetmə modulunun İşçi Portalı ilə inteqrasiyası sayəsində işçilər portaldakı məzuniyyət statuslarını da müasir qaydada izləyə bilərlər. Bu yolla, İnsan Resursları şöbələri, sərf etdiyi vaxtı digər əlavə dəyərli işlərə dair məzuniyyət sorğularına cavab vermək üçün ayıra bilər.
Logo j-HR kompensasiya tətbiqetmələrində qiymət cədvəli sistemdə tanınır və müvafiq mühasibat qəbzləri yaradılır. Bundan əlavə, şirkətə məxsus parametrlərin yaradılması, əlavə ödəniş və çıxılmaların idarə edilməsi, debet-kredit köçürmələri, məzuniyyətin köçürülməsi və iş vaxtının köçürülməsi ilə bağlı bütün əməliyyatlar bu modul vasitəsilə həyata keçirilə bilər. İşçilər üçün SGK və Təqaüd Fonduna göndərilən aylıq məcburi bəyannamələr də mütəmadi olaraq onların tələb etdikləri formatda rəsmi qurumlarla paylaşıla bilər.
Personalın bütün debet və kredit əməliyyatları qeydləri Logo j-HR-də yaradıla və izlənilə bilər. Sistemdə yaradılan hər bir əməliyyat qeydinə görə ödənişlərin ediləcəyi əməliyyatın növü və xarakteri müəyyənləşdirilir. İşçi Portalı ilə inteqrasiya sayəsində, müavinət və xərclər kimi debitor borcları qeydləri işçilər tərəfindən sistemə daxil edilə bilər.
Logo j-HR Əmək haqqı ssenariləri modulu ilə, İR şöbələri yeni şərtlərlə büdcələrin yaradılması üçün tələb olunan əmək haqqı xərclərini asanlıqla hesablaya bilər. İşə qəbul və işdən çıxma xərcləri də bu ssenarilərdə əks oluna bilər.
Logo j-HR işçilərin təkliflərini, şikayətlərini, rəylərini və onlara verilmiş cavabları saxlamaq və arxivləşdirməklə İşçi Portalı ilə Təklif-Rəy modulunun inteqrasiyası sayəsində işçilərin bu məlumatları birbaşa İR qrupu ilə paylaşmasına imkan verir. Bu, şirkətin inkişafı və işçi məmnuniyyəti üçün vacib addımların atılmasına imkan verir.
Logo j-HR Təlim İdarəetmə modulu sayəsində təlim üçün planlaşdırma və tətbiqetmə proseslərini avtomatlaşır və əhəmiyyətli dərəcədə zamana qənaət edilir. Təlim İstəkləri, Tələblər, Qiymətləndirmə və Tədris İmtahanı Sorğusu barədə hesabatlar hazırlanaraq bütün təlim prosesi başdan sona qədər bildirilə bilər.
İşə qəbul prosesinin ən səmərəli şəkildə həyata keçirilməsini təmin edən Logo j-HR İşə Qəbul İdarəetməsi modulu daxili və xarici işçi heyyətinin işə qəbulunu və bununla əlaqədar qərar qəbul etmə proseslərini asanlaşdıran həll təqdim edir. İşə qəbul prosesi sistemdəki Tətbiqetmə Kartları, İşçi heyyətin istəklərinin Siyahısı və Cavab Məktubları üçün hesabatların hazırlanması yolu ilə təhlil edilə və hesabat verilə bilər.
Logo j-HR Performansın idarə olunması modulu işçilərlə yanaşı müəssisələr üçün də ən səmərəli performansı təmin edəcək imkanlar təqdim edir. Şirkətin proses və əməliyyatları üçün ən uyğun performans dövrü müəyyənləşdirilir və hər dövr üçün modulda ayrı performans qeydi yaradılır. Müəyyən edilmiş fəaliyyət müddətinin sonunda qabiliyyət performansı, işçilərin vəzifə və məsuliyyətləri qiymətləndirilərək nəticələrə baxıla bilər.
Logo j-HR-dəki Karyeranın İdarə olunması modulu işçilərinizin karyera planlaşdırmasını və idarə olunmasını dəstəkləyir və işiniz üçün daha parlaq gələcək yaratmağa kömək edir.
Logo j-HR-nin İşçi Portalı hər bir işçinin özləri və ya şirkət haqqında məlumatları asanlıqla əldə etmələrini təmin edir. Self-servis İR olaraq təyin olunan bu tətbiqetmə şirkət ilə işçilər arasındakı şəffaflığı gücləndirir. Logo j-HR İşçi Portalına şəxsi parolları ilə daxil olaraq işçilərin mövcud vəziyyətini asanlıqla izləyə və məzuniyyət, iş vaxtı və təlim kimi sahələrdə təkliflər yarada bilərlər. Şirkətlə bağlı bütün xəbərlərin və elanların daxil edilə biləcəyi portal həm də korporativ rabitə platformasıdır.
Logo j-HR İşə Qəbul Portalı daxili və xarici işçilərin işə qəbulunu asanlaşdıran həllər təklif edir. Portal vasitəsi ilə vakansiya və ya layihə üzrə şöbə müdirlərinin təklifləri ilə başlayan prosesdə, sorğunun təsdiqindən sonra daxili və xarici reklamlar müəyyənləşdirilir.
Müsahibə qeydləri, təkliflər, imtahan sorğu məlumatları və layihə ilə bağlı məlumatlar tətbiqetmələr üçün yaradılan kartlar vasitəsilə izlənilə bilər. Namizədin potensial vəzifəyə uyğunluğu da bu kartlar vasitəsilə qiymətləndirilə bilər. İşə qəbul prosesi sistemdəki Tətbiqetmı Kartları, İşçi heyyətinin təklif Siyahısı və Cavab Məktubları üzrə hesabatların hazırlanması yolu ilə təhlil edilərək hesabat verilə bilər.
Bu sahələr üçün uyğundur:
– Satış və distribusiya
– Tikinti
– İstehsal
– Pərakəndə satış
– Səhiyyə
– İdman və əyləncə
– Neft və qaz
– Mühəndislik
– Tikinti və istismar
– Səyahət və daşıma
SUALLAR VƏ SORĞULARINIZ ÜÇÜN
Məhsullarımız haqqında məlumat istəyə və bir demo məhsul tələb edə bilərsiniz. Mütəxəssislərimiz sorğularınız üçün ən uyğun həlli tapmaqda köməklik göstərəcəklər.
Qeyd edilən formu doldurub təqdim edərək Siz BeİT vebsaytının istifadə qaydaları və şərtlərini anlayıb qəbul edirsiniz. Mövcud olan giriş, saxlama, düzəliş, silinmə, təhlükəsizlik, səhifələrarası keçirdlər və digər mövzular daxil olmaqla şəxsi məlumatlarınızın toplanması və istifadəsi haqqında bütün detallar BeIT məxfilik siyasətində mövcuddur.