Neon

ÜMUMİ BAXIŞ

Logo məhsulları ilə inteqrasiya şəraitində işləyən anbar idarəetməsi sistemi həlli Logo Neon, barkod oxuma imkanına sahib əl terminalları vasitəsi ilə başdan sona qədər bütün anbar fəaliyyətlərini həyata keçirir, eyni zamanda bir çox inkişaf etmiş funksiya ilə prosesləri sürətləndirərək gəlirliliyi artırır.

Daha sürətli iş prosesləri

Logo Neon, anbarların sürətli iş proseslərinə uyğunlaşmasına kömək edərək ümumi gəlirliliyə töhvə verir. Logo Neon ilə daha dəqiq və daha ətraflı şəkildə daha sürətli idarə olunan anbarlar iş səmərəliliyini artırır.

Effektiv nəzarət

Anbar əməliyyatlarında insan səhvlərini aradan qaldıran Logo Neon, anbar proseslərini başdan sona qədər idarə edərək təkmilləşdirilməsi lazım olan nöqtələri müəyyənləşdirməyə kömək edir. Logo Neon tərəfindən effektiv anbar idarəetməsi işçilərin xərclərini azaldaraq şirkətin ümumi gəlirliliyinə müsbət təsir edir.

Xüsusiyyətləri

Anbarda mal qəbulu zamanı sifarişləri müvafiq təslimat qeydləri və əl terminalları vasitəsi ilə fakturalarla müqayisə etməklə səhvlərin qarşısını alan Logo Neon, hər hansı bir təchizatçıdan alınan səhv malların müəyyənləşdirilməsinə və sayılmasına imkan verir. Logo Neon, satınalma sifarişlərinin izlənilməsini və anbarın təşkili və planlaşdırılmasının davam etdirilməsini təmin edir.

Alınan əşyaların, stokdakı və oradan çıxan malların sauımı kimi vaxt aparan əməliyyatlar Logo Neon’un əl terminalları vasitəsilə barkodların oxunmasına imkan verən xüsusiyyəti ilə asanlaşdırılır. Seriya, partiya və anbar yeri məlumatları ilə anbarı saymaqla Logo Neon, qeydə alınmış anbarları və anbar sayımının nəticələrini real vaxtda müqayisə edərək daha sağlam qeydlərin əldə edilməsini təmin edir. Qeydə alınmış anbar və anbar sayımı məlumatları arasında uyğunsuzluq olduğu zaman, anbar sayımı fərqləri üzrə qəbzlər Logo Neon’da avtomatik olaraq yaradıla bilər.

İstehsal mərhələlərinin və istehsalın sonundakı malların əl terminalları vasitəsi ilə qeyd edilməsini təmin edən Logo Neon ilə aralıq stoklar və istehsal miqdarları və ani istehsal sifarişləri də izlənilə bilər. Xammal və yarımfabrikatların stoklarıyla yanaşı, materialların cədvəli ilə bağlı əməliyyatlar asanlıqla izlənilə bilər. Bu, Logo Neon-un da istehsal prosesinin səmərəliliyinə töhfə verir.

Logo Neon, sənədlərin yoxlanması ilə göndərmə prosesini davamlı izləməklə prosesin nöqsansız tamamlanmasını təmin edir. Bir çox insan eyni zamanda əl terminalları vasitəsilə sifariş toplaya bildiyindən, göndərmə müddətləri qısalır, səhv məhsulların müştərilərə göndərilməsinin qarşısı alınır. Stock Location xüsusiyyəti malların yığılmasını sürətləndirir.

Logo Neon elektron məhsulların ixracatçıları və anbarlardan istifadə edən müəssisələr üçün inkişaf etdirdiyi alqoritmləri ilə işçilikdə böyük qazanc əldə edir. Milliləşdirmə və əməliyyat daxilolmaları sayəsində proseslər nəzarət altına alınır və səhvsiz olur.

Logo Neon, 2D (iki ölçülü) barkodlar və məlumat matrislərini oxuma (skan etmə) imkanı sayəsində, xüsusilə tibb və əczaçılıq sənayesində barkodlarda olan məlumatları avtomatik olaraq deşifr edə bilir.

Logo Neon, qida, kimya, kosmetika və tibb sahələrin də mühüm olan seriya / lot nömrələrini, bitmə tarixləri və partiya nömrələri kimi məlumatları qeyd edərək asan izlənməni təmin edir. Bu tətbiqetmə sayəsində elektronika və maşınqayırma kimi sahələrdə də seriya nömrələrinə əsaslanan əməliyyatlar sürətləndirilir.

Logo Neon’un qruplaşdırma / alətlərin tamamlaması xüsusiyyəti, mebel, kompüter və maşın kimi bir çox hissədən ibarət məhsulların əksik hissələrlə göndərilməsinin qarşısını alır. Bundan əlavə, maşın kimi bir çox bağlamadan ibarət mallar üçün əksik və ya əlavə bağlama ilə göndərilmələrin qarşısı alına bilər.

Bu sahələr üçün uyğundur:

– Satış və distribusiya

– Tikinti

– İstehsal

– Pərakəndə satış

– Səhiyyə

– İdman və əyləncə

– Neft və qaz

– Mühəndislik

– Tikinti və istismar

– Səyahət və daşıma

SUALLAR VƏ SORĞULARINIZ ÜÇÜN

Məhsullarımız haqqında məlumat istəyə və bir demo məhsul tələb edə bilərsiniz. Mütəxəssislərimiz sorğularınız üçün ən uyğun həlli tapmaqda köməklik göstərəcəklər.

Qeyd edilən formu doldurub təqdim edərək Siz BeİT vebsaytının istifadə qaydaları və şərtlərini anlayıb qəbul edirsiniz. Mövcud olan giriş, saxlama, düzəliş, silinmə, təhlükəsizlik, səhifələrarası keçirdlər və digər mövzular daxil olmaqla şəxsi məlumatlarınızın toplanması və istifadəsi haqqında bütün detallar BeIT məxfilik siyasətində mövcuddur.