Tamamlanan

Overview

Here you can find short information about our successfully completed projects.

System Air

Dünyada bir çox ölkələrdə fəaliyyət göstərən System Air şirkəti Azərbaycanda da bir çox böyük layihələrə imza atmışdır. System Air şirkəti proqram tətbiq edilməsi üçün bizə müraciət etmiş, tərəfimizdən iş proseslərinə uyğun olaraq təklif edilən Logo GO proqramı uğurla tətbiq edilmiş lazımi hesabatlar, fəaliyyətlərin sistem üzərində aparılması mümkün olmuşdur. Uğurlu əməkdaşlığımız davam etməkdədir.

LP MMC

Sənaye Məhsullarının İstehsalı üzərə inkişaf etməkdə olan LP MMC bütövlükdə şirkətin Maliyyə, Mühasibatlıq, Satınalma, İsti və Soyuq Satış, Mobil Satış sistemi quraşdırılaraq vahid sistemlə inteqrasiyalı fəaliyyətinin təmin edilməsi, bir neçə mərhələli İstehsalat və s. Proseslərinin ERP sistemi ilə avtomatlaşdırılması üçün bizi seçmişdir. Layihə çərçivəsində şirkətdə “Tiger Enterprise” proqramı uğurla tətbiq edilmiş, şirkətin bütün prosesləri sistem üzərində öz əksini tapmışdır. Uğurlu əməkdaşlığımızı qürurla qeyd edirik.

Garant İnşaat Sənaye

Bizim Garant İnşaat Sənaye Şirkətindəki uğurlu fəaliyyətimiz nəticəsində Hesabat dizaynları ilə bağlı problemlər aradan qaldırılmış, Satış və alışlar ilə bağlı prosedurlar təkmilləşdirilmişdir. Garant İnşaat Sənaye və BeIT&amp Partners şirkətlərinin birgə fəaliyyəti daha bir uğurlu ERP Proqramı tətbiqi ilə yekunlaşmışdır. Garant İnşaat Sənaye şirkəti müştərilərimiz arasında özünəməxsus yerini tutaraq haqqımızda xoş fikirlərini səsləndirirlər.

AzRib

AzRib şirkətindəki fəaliyyətimiz çoxçeşidli məhsulların satışı, dağıdılması, müştərilərlə hesablaşmaların təmin edilməsi, Maliyyə-mühasibatlıq hesabatları və Anbarlarda olan problemlərin həll edilməsi ilə başlamışdır. Tətbiq edilmiş “Tiger 3” ERP Proqramı ilə mövcud problemlər aradan qaldırılmış, proseslər və hesabatlar konfiquratsiya edilərək layihə yekunlaşdırılmışdır. Servis xidməti göstərilməsi üzərə əməkdaşlığımız davam etdirilir.

Hidro İnşaat Servis

Hidro İnşaat Servis şirkətində istifadə edilən ERP sisteminin təkmilləşdirilməsi və sistem yanlışlıqlarının aradan qaldırılması ilə bağlı başladığımız layihədə Plan üzərə görülməli işlər həyata keçirilərək ERP sistemi tamamlanmış şəkildə təqdim edilmiş, servis xidməti üzrə əməkdaşlığımıza start verilmişdir.

Hidro Park

Hidro Park şirkətindəki mövcud sistemin təkmilləşdirilməsi və proseslərə uyğunlaşdırılmış ERP sisteminin qurulması üçün başladılmış Layihə Planlanan vaxtda tərəfimizdən uğurla tamamlanaraq təhvil verilmişdir. Hidro Park şirkəti ilə əməkdaşlığımız davam etdirilir. Hidro Park şirkəti bizim ilə əməkdaşlığından şad olduğunu hər zaman qeyd edir.

Modern Hospital

Səhiyyə sektorunda qabaqcıl müəssisələrdən olan Modern Hospital mövcud biznes proseslərinin ideallaşdırılması, Vahid sistemin formalaşdırılması, Satınalma proseslərinin avtomatlaşdırılması və tibbi idarəetmə sistemləri ilə mükəmməl inteqrasiyalı fəaliyyətin təmin edilməsi üçün müraciət etmişdir. Tərəfimizdən biznes proseslər formalaşdırılaraq “Tiger 3” proqramı tətbiq edilmiş və tibbi idarəetmə sistemi “Ak gun” proqramı ilə inteqrasiya edilərək mükəmməl sistem yaradılmışdır. Bu gün “Modern Hospital” heyyəti və layihə çərçivəsində cəlb edilmiş əməkdaşların haqqımızda yüksək fikirdə olması bizi qürurlandırır.

NB Group

Sektorunda özəl yer tutan NB Group şirkəti də ERP Sistemlərinin qurulmasını və tətbiqini bizə həvalə etmişdir. Maliyyə və Mühasibatlıq hesabatlarını, hesablaşmalarını və digər fəaliyyət əməliyyatları ilə bağlı hesabatlarının alına bilinməsi üçün qurulmalı olan Universal Vahid Sistem tərəfimizdən Layihə başlandıqdan sona qədər planlanmış vaxtlar ərzində təhvil verərək öz gücümüzü bir daha göstərdik. Layihənin nəticəsində NB Group şirkətinin ERP İstəkləri tamamilə qarşılanaraq, əməkdaşlığımız davam etdirilir.

Mineral Sular

Dəyərli müştərilərimizdən biri olan Mineral Sular MMC şirkəti də ERP Sistemlərinin qurulmasını bizə etibar etmişdir. BeIT&amp Partners olaraq Mineral Sular MMC-də ERP Proqramı kimi Tiger 3 proqramı uğurla tətbiq edilmiş, şirkətin fəaliyyəti və iş prosesləri yetəri qədər asanlaşmışdır. Daxil olan sifarişlərin artması ilə əlaqədar olaraq, Təklifimiz üzərə “3CX Call Center” proqramı da tətbiq edilərək, Tiger 3 proqramı ilə inteqrasiyası təmin edilmişdir. Nəticədə Lazımi hesabatların vahid sistemdən alınması, qəbul edilmiş Sifarişlərin bir başa ERP Proqramında əks etdirilməsi prosesi tamamlanmışdır. Uğurlu əməkdaşlığımız davam etməkdədir.

Sutikinti

Sutikinti Şirkəti bölgələrdə fəaliyyət göstərən müştərilərimizdən biri olaraq Akkord Sement Zavodunun Satış Təmsilçisi kimi, Beton istehsalı və s. kimi çoxşaxəli fəaliyyət göstərir. Bütün fəaliyyətin Vahid sistemdə əks etdirilməsi üçün tətbiq etdiyimiz Tiger 3 ERP Proqramı ilə bütün hesablaşmaları, anbar hesabatları, maliyyə və mühasibatlıqdakı hesabatlar ilə bağlı problemlər aradan qaldırılmış, Layihə uğurla sonlandırılmışdır. Əməkdaşlığımız isə davam etdirilir.

Akkord Qazax Sement Zavodu

Tanınmış Akkord Qazax Sement Zavodu da Proqram təminatı Layihələrində müştərimizdir. Qazax Sement Zavodunun fəaliyyətinə uyğun olaraq ERP sisteminin
qurulması, BPM proqramı tətbiqi ilə Logistika, Müştəri sifarişlərinin avtomatlaşdırılması, Müqavilələrin sistemləşdirilərək proqramdan alınması, Müştərilər ilə Hesablaşma, Müştəri bazasının Satış Menecerləri tərəfindən idarə edilə bilinməsi prosesləri uğurla avtomatlaşdırılaraq Tiger proqramı ilə inteqrasiya edilmiş, şirkətdəki iş gücünün səmərəliliyini artırmışdır.

Fatoğlu Gəncə Dəyirmanı

Şirkətin istehsal fəaliyyətinin avtomatlaşdırılması, istehsal zamanı resepturalara və prosedurlara uyğun olaraq istehsalatın mərhələli hesabatlarının əldə edilməsi ilə bağlı yaranmış problemlərin aradan qaldırılması məqsədi ilə təqdim etdiyimiz Tiger Enterprise ERP sistemi tətbiqi Layihəsi sonunda bütün məqsədlərimizə çatdıq və müştərimizi razı salaraq daha bir uğurlu Layihəyə imza atdıq.

Buta AGRO

Azərbaycanda Premium səviyyəli tərəvəzlərin böyük istehsalçılarından biri olan Buta AGRO şirkəti mövcud ERP Sisteminin yenilənməsi, Yeni ERP proqramının şirkətin mövcud iş prosesləri üzərə tətbiq edilməsi və əlavə olaraq BPM sistemi ilə təmin edilməsi ilə bağlı müraciət etmişdir. Tərəfimizdən şirkətdə ERP Sistemi Tiger 3 proqramı ilə əvəz edilmiş, Anbar, İstehsalat, Maliyyə, Mühasibatlıq, Satınalma və s. İş yerləri və departamentlərin fəaliyyəti ilə bağlı hesabatların alınması uğurla təmin edilmişdir.

SMTS

Müxtəlif İş Yerlərində və Departamentlərində fərqli proqramların istifadə olunması səbəbindən fəaliyyətin lazımi detallı hesabatların alınması və fəaliyyətin nəzarəti məsələlərində SMTS şirkəti müəyyən çətinliklərlə üzləşirdi. Şirkətə tərəfimizdən təqdim edilmiş Tiger 3 və E-Flow BPM Proqramının İnteqrasiyası nəticəsində İş yerlərinin və Departamentlərin fəaliyyətinə mərkəzdən nəzarəti mümkün olmuşdur. Ətraflı şəlikdə Maliyyə, Mühasibatlıq, Satınalma, Satış, Texniki İstehsalat, Hüquq və İnsan Resursları ilə bağlı hesabatlar Vahid Sistemdən əldə olunmuşdur. ERP və BPM proqramlarının tətbiqi uğurla başa çatdırılmışdır. Tikinti sektorunda öndə gedən SMTS şirkəti bu gün də bizim müştərimizdir.

Petroleum Service Group

Transqeyt

Socar Baghlan

Baku Football Club

Akfa Elektrik

Baki Taxi

SUALLAR VƏ SORĞULARINIZ ÜÇÜN

Məhsullarımız haqqında məlumat istəyə və bir demo məhsul tələb edə bilərsiniz. Mütəxəssislərimiz sorğularınız üçün ən uyğun həlli tapmaqda köməklik göstərəcəklər.

Qeyd edilən formu doldurub təqdim edərək Siz BeİT vebsaytının istifadə qaydaları və şərtlərini anlayıb qəbul edirsiniz. Mövcud olan giriş, saxlama, düzəliş, silinmə, təhlükəsizlik, səhifələrarası keçirdlər və digər mövzular daxil olmaqla şəxsi məlumatlarınızın toplanması və istifadəsi haqqında bütün detallar BeIT məxfilik siyasətində mövcuddur.