Tiger Wings
ÜMUMİ BAXIŞ
Tiger Wings ERP, geniş modul strukturu və zəngin funksiyaları ilə orta və iri müəssisələrin iş proseslərini təkmilləşdirir və veb üzərindən istifadə sayəsində hər yerdə və hər an davamlı səmərəliliyi təmin edir.
Orta və iri müəssisələr üçün veb üzərindən işləyən həll
Tiger Wings orta və iri müəssisələrə bütün fəaliyyətlərini asanlıqla bir nöqtədən idarə etmək imkanı verir. İş proseslərində məhsuldarlıq gəlirləri satınalma proseslərindən müştəri münasibətlərinin idarə olunmasına kimi bütün əməliyyatların mərkəzi və ardıcıl şəkildə həyata keçirilməsi ilə əldə edilir. Bu həllin veb üzərindən işləyən quruluşu quraşdırma xərclərini əhəmiyyətli dərəcədə azaldır. Buna görə də, müəssisələr lazımsız iş yüklərindən və xərclərdən qurtularaq daha sonra rəqabət üstünlüyü qazanmaq üçün resursları yeniliklər üçün ayıra bilirlər.
Zaman və məkandan asılı deyil
Mobil cihazlar vasitəsilə sistemə asan və sürətli giriş imkanı verən Tiger Wings ilə ERP zamandan və məkandan asılı olmayacaq. Anında məlumat əldə etməklə istifadəçilər vaxta xeyli qənaət edirlər.
İnkişaf etdirilə bilən struktur, çevik qiymətləndirmə
Tiger Wings, xarici ticarətdən müştərilərin borc məlumatlarının izlənilməsinə və maddi ehtiyacların planlaşdırılmasından maliyyə uçotuna kimi bir çox iş prosesini əhatə edən zəngin funksiyalar təklif edir. Bu həll bu standart əlamətləri ehtiva edir və lazım olduqda əlavə modullar və funksiyalar ilə zənginləşdirilə bilər. Beləliklə, bütün müəssisələr öz sektorlarına, təşkilati strukturuna və gözləntilərinə görə ən uyğun paketlər yarada bilərlər. Üstəlik bir abunə modeli ilə lisenziyalaşdırıldığı üçün Tiger Wings, çevik qiymətləndirmə strukturu ilə istifadəçilərə əsaslanan qiymət təklif edir.
Hər zaman müasir və qanunvericiliyə uyğun
Tiger Wings, müəssisələrə öz təşkilatları daxilində və müştəriləri, iş ortaqları və tədarükçüləri ilə fasiləsiz əlaqə yaradaraq iş proseslərində maksimum səmərəlilik əldə etməyə imkan verir və qanunvericilikdəki dəyişikliklər əsasında mütəmadi olaraq yenilənir. Bu, dəqiq və müasir informasiyalardan ibarət informasiya axınına gətirib çıxarır, mürəkkəb iş proseslərini asanlaşdırır və sadələşdirir, qanunvericiliyə uyğunluğunu təmin edir.
Xüsusiyyətləri
Tiger Wings, istifadəçilərin rəyləri əsasında yenidən hazırlanmış interfeyslə həlli yüksək istifadə rahatlığı təklif edir. Arxa fona uyğunlaşdırmaları, sürüşdür və burax funksiyaları ilə asanlıqla fərdiləşdirilə bilən, bütün funksiyaları tək bir nöqtədən görüntüləmə, funksional axtarış düyməsi, masaüstünə xarici keçidlər əlavə etmək kimi xüsusiyyətlərlə Logo Tiger Wings, istifadəçi rahatlığı baxımından bir fərq yaradır.
Bütün müəssisələrin özünəməxsus ehtiyacları olduğunu müşahidə edərək, Tiger Wings, BeIT & Partners və Solution Partners tərəfindən hazırlanmış tətbiqetmələr və vidjetlərlə daha da inkişaf etdirilə bilər. Buna görə tam olaraq tələb olunan xüsusiyyətlərə malik funksiya klasteri yaradıla bilər.
Tiger Wings çevik xarici valyuta sistemi və hesabat strukturu ilə həm yerli, həm də beynəlxalq əməliyyatları olan şirkətlərin yüksək maliyyə performansı üçün zəruri zəmin yaradır. Bundan əlavə, müasir gəlirlilik təhlilləri əldə etmək və toplama planlarını təyin etmək qabiliyyəti hər cür ehtiyaclara cavab verən çeviklik təmin edir. Tiger Wings müəyyən edilmiş limitlər və qaydalar çərçivəsində risk monitorinqi həyata keçirı və elektron şəkildə xəbərdarlıqlar edə bilər; bir kliklə Ba-Bs uzlaşmalarını hazırlaya və təqdim edə bilər.
Tiger Wings-in Xarici Ticarət Ekranı idxal və ixrac əməliyyatlarının daha təsirli, daha effektiv və qanuni öhdəliklərə uyğun olaraq həyata keçirilməsini təmin edir. Tiger Wings-lə, bütün öhdəliklər mühasibat, maliyyə, satınalma, satış və distribusiya kimi digər proseslərlə uyğunluq və inteqrasiya baxımından izlənilə bilər.
Tiger Wings ilə, sifarişlər və tədarük üçün lazım olan bütün sənədlərin hazırlanmasından başlayaraq vaxtında çatdırılma başa çatana qədər davam edən bütün müddət inteqrasiya olunmuş şəkildə idarə edilə bilər. Xarici valyutada olduğu kimi Türk lirasında da hesab-faktura hazırlamaq və xarici valyuta ödənişlərinə nəzarət etmək imkanları müəssisələrin xarici əməliyyatlarını xeyli asanlaşdırır.
Təchizatçıların verdiyi qiymətləndirmə və müqayisə təklifləri dövrünü avtomatlaşdıraraq və satınalma qərarının verərək, Tiger Wings təchizatçının seçim prosesinin keyfiyyətini və etibarlılığını artırır. Təchizatçının seçim prosesindən sonra bu həll, təsdiqləmə mexanizmlərini və kağız axını proseslərini standartlaşdırır və vaxta və xərclərə əhəmiyyətli dərəcədə qənaət edir.
Tiger Wings istehsal proseslərini optimallaşdırır və mərhələli idarəetmə, izləmə və hesabat aparmaq imkanı verir. Materiallara və əməliyyatlar keyfiyyətə nəzarət nəticələri əlavə etmək istehsal proseslərini yaxşılaşdırır və səhvləri minimuma endirir. Tiger Wings istehsal planlaşdırma metodları ilə istehsaldan əvvəl maddi tələbləri hesablayır və mexanizmin səmərəliliyini idarə edərək iş yükünü effektiv şəkildə paylayır və bununla da sifarişlərin vaxtında çatdırılmasını təmin edir.
Tiger Wings-in Anbara Nəzarət Ekranı, anbarın hədəf və strategiyalarının yaradılaraq izlənilməsi, inventar xərclərinin idarə edilməsi və ani stok dəyərlərinin və səviyyələrinin izlənilməsini mümkün edir. Müxtəlif məhsul çeşidləri ilə işləyən müəssisələr üçün hazırlanmış material təsnifatı və iyerarxiya səviyyəsi sayəsində məhsullar asanlıqla izlənilə bilər. Eyni tip materiallar fərqli meyarlara əsasən izlənilə bilər və minlərlə materialı əlaqələndirən dəyişiklik matris interfeysi ilə yalnız bir tərif dəyişdirilməklə yenilənə bilər. Materiallar hədsiz sayda vahidlə izlənilə bilsə də, fərqli vahidlərlə izləmə xüsusiyyəti sayəsində, hesabat konversiya əmsalları xüsusiyyəti ilə tək vahid üzərindən aparıla bilər.
Əməliyyat əməliyyatlarına və mühasibat qeydlərinə iki tərəfli nəzarət xüsusiyyəti ilə Tiger Wings sistemə uyğunluğunu təmin edir və istifadəçi səhvlərini minimuma endirir. Türkiyə Ticarət Qanununa əsasən müəyyən bir müddət üçün maliyyə və vergi hesabatları, Türkiyəı Maliyyə Hesabatı Standartlarına (TFRS) uyğun olaraq birbaşa sistem vasitəsi ilə aparıla bilər. Yerli valyuta və hesabat valyutasından istifadə edərək ümumi mühasibat əməliyyatlarında maliyyə cədvəlləri və hesabatları bu sahədəki bütün ehtiyaclarınıza cavab verir, xərc mərkəzləri və layihə kartları idarəetmə əlaqəli hesabat üçün istifadə edilə bilər. Digər tərəfdən Tiger Wings-in e-Vergi Bəyannaməsi seçimləri, hazırlanmış vergi bəyannamələrini Gəlirlər İdarəsinə avtomatik təqdim etməyə imkan verir.
Tiger Wings-in Əsas vəsaitlərin Təqibi Ekranı, əsas vəsaitlər satınalma, işçilərə təhkim edilmə və borclandırma kimi proseslərin asanlıqla izlənilməsinə imkan verir. Bir çox amortizasiya cədvəllərinin köməyi sayəsində amortizasiya Vergi Prosessual Qanununa əsasən yerli valyutada, beynəlxalq hesabata görə hesabat valyutasında və TFRS-ə uyğun olaraq yerli valyutada hesablana bilər və ayrıca hesablar vasitəsilə mühasibata köçürülə bilər.
Bir çox şirkətlərdən təşkil olunmuş qruplar, bütün proseslərisəmərəli idarə etmək üçün Tiger Wings ERP-dən də istifadə edə bilərlər. Maliyyə İdarəetmə ekranı vasitəsi ilə təklif olunan bu imkan sayəsində qrup səviyyəsində gəlirlilik hesablana, inventar bir bütün olaraq nəzərdən keçirilə və pul vəsaitlərinin hərəkəti hər bir şirkət üçün analiz edilə bilər.
Bu sahələr üçün uyğundur:
– Satış və distribusiya
– Kiçik müəssisələr
– Tikinti
– Pərakəndə satış
– Səhiyyə
– İdman və əyləncə
– Neft və qaz
– Mühəndislik
– İnşaat və istismar
– Səyahət və daşıma
SUALLAR VƏ SORĞULARINIZ ÜÇÜN
Məhsullarımız haqqında məlumat istəyə və bir demo məhsul tələb edə bilərsiniz. Mütəxəssislərimiz sorğularınız üçün ən uyğun həlli tapmaqda köməklik göstərəcəklər.
Qeyd edilən formu doldurub təqdim edərək Siz BeİT vebsaytının istifadə qaydaları və şərtlərini anlayıb qəbul edirsiniz. Mövcud olan giriş, saxlama, düzəliş, silinmə, təhlükəsizlik, səhifələrarası keçirdlər və digər mövzular daxil olmaqla şəxsi məlumatlarınızın toplanması və istifadəsi haqqında bütün detallar BeIT məxfilik siyasətində mövcuddur.