GO 3

ÜMUMİ BAXIŞ

KOM-lar üçün xüsusi hazırlanmış olan Logo GO 3 vasitəsilə səhm və sifarişdən tutmuş mühasibat uçotu sənədləri və bank məlumatlarına kimi bütün iş prosesləri, səmərəli şəkildə tək nöqtədən idarə olunur.

Başdan sona qədər idarəetmə

Logo GO 3, KOM`ların mühasibat, sifarişlər, stok təqibi, satış, satın alma, hesabat, borc təqibi, çek və istiqraz təqibi və e-dövlət tətbiqetmələri daxil olmaqla bütün iş proseslərinin tək nöqtədən idarə etmələrini təmin edir. KOM`lar vaxt və xərclərə qənaət əldə edir və ayrıca özəlləşdirilə bilən, sürətli, sadə və praktik interfeys tərəfindən dəstəklənən Logo GO 3 ilə rəqiblərindən bir addım öndə gedirlər.

Tələblər əsasında fərdi həllər

KOM-ların ümumi tələblərinə uyğun olaraq hazırlanmış Logo GO 3 müəssisələrin xüsusi tələblərinə cavab vermək üçün əlavə funksiyalar ilə zənginləşdirilə bilər. Bu, bütün KOM-ların özləri üçün ən münasib Logo GO 3 paketini yarada bilməsinə imkan verir.

Xüsusiyyətləri

Logo GO 3, KOM-lər üçün xüsusi olaraq hazırlanmış, sənayeden asılı olmayan strukturu ilə distribusiya və inşaatdan təhsil və tekstilə, eləcə də mətbuat və səhiyyəyə kimi bir çox sənayelərdə şirkətlərin tələblərinə tam cavab verir.

Maliyyə, Mühasibatlıq, Satış, Satınalma, İnventarlaşdırma İdarəetmə və Hesabat kimi sahələrdə bir çox əməliyyatlar Logo GO 3-də tək bir nöqtədən asanlıqla həyata keçirilə bilər. Bu vaxta və xərclərə qənaət edilməsini təmin edir.

Logo GO 3-un qanunvericiliklə tamamilə uyğun olan müasir strukturu sayəsində bütün qeydlər etibarlı şəkildə idarə edilə bilər. Bundan əlavə, hər ayın əvvəlində təqdim edilməsi tələb olunan DFP-DFS formaları elektron qaydada hazırlanır və əməliyyatlar vergi dövrlərində e-Bəyannamə funksiyası ilə tez bir zamanda başa çatdırılır.

Hər bir müəssisənin özünəməxsus tələbləri ola bilər. Logo GO 3 Logo Business Partners tərəfindən hazırlanan tətbiqetmələr (proqramlar) və vidjetlər vasitəsilə inkişaf etdirilə bilər. Beləcə tam olaraq tələb olunan xüsusiyyətlərə malik funksional klaster yaradıla bilər.

İntutiv və asan istifadə əsasında yeni nəsil texnologiyalarla işlənmiş, Logo GO 3-un gözoxşayıcı estetik masaüstü dizaynı, fərdi xüsusiyyətləri ilə bütün lazımi məlumatları asanlıqla və tez bir zamanda əldə etmənizi təmin edir. Logo GO 3’ün istifadəçi yönümlü interfeysi məlumatların tez və asanlıqla daxil edilməsinə, hesabat və tətbiqetmələrə asanlıqla daxil olmasına imkan verir.

Logo GO 3-ün ən vacib xüsusiyyətlərindən biri də istifadə rahatlığıdır … Şəxsi masaüstünə qısa yol kimi ən çox istifadə olunan funksiyaların əlavə olunmasıyla işləmə vaxtı azalır. Bu, işçilər üçün vaxta qənaət və KOM-lar üçün səmərəliliyin artırılması deməkdir.

Logo GO 3, e-İnvoys, e-Hesabat kitabı və e-Arxiv kimi elektron dövlət tətbiqetmələri ilə tam inteqrasiya edilmişdir. Bu, Logo GO 3-də həyata keçirilən əməliyyatların birbaşa e-dövlət tətbiqetmələrinə köçürülməsinə imkan verir.

Logo-nun müxtəlif həlləri Logo GO 3 ilə problemsiz şəkildə inteqrasiya edilə bilər. Logo GO 3-dən alınan məlumatlar ətraflı analiz edilə və Logo Mind Insight Biznes analitikası həllində işlənərək hesabatlara çevrilə bilər. KOM-ların iş axını proseduraları Logo Flow ilə problemsiz şəkildə idarə olunur, görüşlər, iclaslar, təkliflər və satışlar kimi satış-marketinq bölmələrinin və ya texniki qrupların müştəri proseduraları isə Logo GO 3 ilə inteqrasiya olunaraq Logo CRM vasitəsilə izlənilə bilər. Logo GO 3 ilə inteqrasiya edilmiş Logo Payroll Plus qeydiyyat və əmək haqqının idarəedilməsi tələblərinə tam cavab verir.

Yeni texnologiyalara uyğun olaraq davamlı şəkildə yenilənən Logo GO 3, Microsoft Windows 10 əməliyyat sisteminə uyğundur.

Bu sahələr üçün uyğundur:

– Satış və distribusiya

– Kiçik müəssisələr

– Tikinti

– Pərakəndə satış

– Səhiyyə

– İdman və əyləncə

– Neft və qaz

– Mühəndislik

– İnşaat və istismar

– Səyahət və daşıma

Logo GO 3 Onların seçimi

SUALLAR VƏ SORĞULARINIZ ÜÇÜN

Məhsullarımız haqqında məlumat istəyə və bir demo məhsul tələb edə bilərsiniz. Mütəxəssislərimiz sorğularınız üçün ən uyğun həlli tapmaqda köməklik göstərəcəklər.

Qeyd edilən formu doldurub təqdim edərək Siz BeİT vebsaytının istifadə qaydaları və şərtlərini anlayıb qəbul edirsiniz. Mövcud olan giriş, saxlama, düzəliş, silinmə, təhlükəsizlik, səhifələrarası keçirdlər və digər mövzular daxil olmaqla şəxsi məlumatlarınızın toplanması və istifadəsi haqqında bütün detallar BeIT məxfilik siyasətində mövcuddur.