GO Wings

Ümumi Baxış

Logonun texnoloji nou-hau (istehsalat sirri) və yenilikçi imkanlarını birləşdirərək hazırlanan və internet üzərindən istifadə edilə bilən GO Wings vasitəsilə KOM-ların sifarişlərdən mühasibatlığa qədər olan iş prosesləri istənilən vaxt istənilən yerdən, real vaxt rejimində idarə oluna bilər.

Başdan sona qədər idarəetmə

İş proseslərinin daha səmərəli və asanlıqla idarə edilməsinə imkan verən GO Wings praktik, qənaətcildir və KOM-in müştəri məmnuniyyəti yaratması üçün mühasibat, sifariş, inventar izləmə, satış, satınalma, hesabat, borc izləmə, çek və istiqraz izləmə, eləcə də e-dövlət tətbiqetmələri kimi lazım olan hər bir iş prosesini tək nöqtədən idarə etməyə imkan verir.

Vaxt və məkandan asılı deyil

Həm masaüstündə, həm də veb vasitəsilə istifadə edilə bilən GO Wings-in hibrid quruluşu ilə hər proses zaman və məkandan asılı olmayaraq idarə edilə bilər. Planşet vasitəsi ilə istifadə oluna bilməsi ani məlumat əldə etməyə imkan verir və bununla da vaxta qənaət etmiş olur.

İnkişaf etdirilə bilən struktur, çevik qiymətləndirmə

KOM-lərin ümumi tələblərinə uyğun olaraq hazırlanmış GO Wings, müəssisələrin xüsusi tələblərinə cavab vermək üçün əlavə xüsusiyyətlərlə də zənginləşdirilə bilər. Bu, bütün KOM-lərin özləri üçün ən uyğun GO Wings paketini yarada bilməsinə imkan verir.

Xüsusiyyətlər

GO Wings, KOM-lər üçün xüsusi olaraq hazırlanmış, sənayeden asılı olmayan strukturu ilə distribyutorluq və inşaatdan təhsil, tekstil, mətbuat və səhiyyəyə kimi bir çox sənayelərdə şirkətlərin tələblərinə tam cavab verir.

Maliyyə, Mühasibat, Satış, Satınalma, İnventar İdarəetmə və Hesabat kimi sahələrdə bir çox əməliyyatlar GO Wings-də asanlıqla tək nöqtədən həyata keçirilə bilər. Bu vaxta və xərclərə qənaət edilməsini təmin edir.

Logo GO Wings-in qanunvericiliklə tamamilə uyğun olan müasir strukturu sayəsində bütün qeydlər etibarlı şəkildə idarə edilə bilər. Bundan əlavə, hər ayın əvvəlində təqdim edilməsi tələb olunan DFP-DFS formaları elektron qaydada hazırlanır və əməliyyatlar vergi dövrlərində e-Bəyannamə funksiyası ilə tez bir zamanda başa çatdırılır.

Hər bir müəssisənin özünəməxsus tələbləri ola bilər. GO Wings, BeIT & Partners Business Partners tərəfindən hazırlanmış tətbiqetmələr (proqramlar) və vidjetlərlə zənginləşdirilə bilər. Beləcə tam olaraq tələb olunan xüsusiyyətlərə malik funksiya klasteri yaradıla bilər.

İntutiv və istifadə rahatlığına əsaslanan yeni nəsil texnologiyalarla işlənmiş, GO Wings-in gözoxşayıcı estetik masaüstü dizaynı, fərdi xüsusiyyətləri ilə bütün lazımi məlumatları asanlıqla və tez bir zamanda əldə etmənizi təmin edir. GO Wings-in istifadəçi yönümlü interfeysi məlumatların tez və asanlıqla daxil edilməsinə, hesabat və tətbiqetmələrə (proqramlara) asanlıqla daxil olmasına imkan verir.

Logo GO Wings-in ən vacib xüsusiyyətlərindən biri də istifadə rahatlığıdır … Fərdi masaüstünə qısa yol kimi ən çox istifadə olunan funksiyaların əlavə olunmasıyla işləmə vaxtı azalır. Bu, işçilər üçün vaxt qənaəti və KOM-lər üçün səmərəliliyin artırılması deməkdir.

GO Wings, e-İnvoys, e-Hesabat kitabı və e-Arxiv kimi elektron dövlət tətbiqetmələri ilə tam inteqrasiya edilmişdir. Bu, GO Wings-də həyata keçirilən əməliyyatların birbaşa e-dövlət tətbiqetmələrinə köçürülməsinə imkan verir

Logo-nun müxtəlif həlləri GO Wings ilə problemsiz şəkildə inteqrasiya edilə bilər. GO Wings-dən alınan məlumatlar ətraflı analiz edilə və Mind Insight Biznes analitikası həllində işlənərək hesabatlara çevrilə bilər. KOM-lərin iş axını proseduraları  Flow ilə problemsiz şəkildə idarə olunur, görüşlər, iclaslar, təkliflər və satışlar kimi satış-marketinq bölmələrinin və ya texniki heyyətlərin müştəri proseduraları isə Logo GO Wings ilə inteqrasiya olunaraq Logo CRM vasitəsilə izlənilə bilər. GO Wings ilə inteqrasiya edilmiş Logo Payroll Plus (Əmək haqqı cədvəli) qeydiyyat və əmək haqqının idarəedilməsi tələblərinə tam cavab verir.

Bu sahələr üçün uyğundur:

– Satış və Distribusiya

– Kiçik müəssisələr

– Tikinti

– Pərakəndə Satış

– Səhiyyə

– İdman və Əyləncə

– Neft və Qaz

– Mühəndislik

– İnşaat və İstismar

– Səyahət və Daşıma

SUALLAR VƏ SORĞULARINIZ ÜÇÜN

Məhsullarımız haqqında məlumat istəyə və bir demo məhsul tələb edə bilərsiniz. Mütəxəssislərimiz sorğularınız üçün ən uyğun həlli tapmaqda köməklik göstərəcəklər.

Qeyd edilən formu doldurub təqdim edərək Siz BeİT vebsaytının istifadə qaydaları və şərtlərini anlayıb qəbul edirsiniz. Mövcud olan giriş, saxlama, düzəliş, silinmə, təhlükəsizlik, səhifələrarası keçirdlər və digər mövzular daxil olmaqla şəxsi məlumatlarınızın toplanması və istifadəsi haqqında bütün detallar BeIT məxfilik siyasətində mövcuddur.