Mind Budget

ÜMUMİ BAXIŞ

Logo Mind Budget, səhvlərə yer verməyən güclü idarəetmə mexanizmləri və məlumat daxiletmə xüsusiyyətləri ilə büdcə hazırlanması dövrlərində vaxta qənaət edir və hər şöbənin ortaq platformada öz büdcələrini yaratmalarına imkan verərək büdcə idarəetməsini asanlaşdırır.

Etibarlı büdcələr

Logo Mind Budget, müəssisələrin büdcə idarəetmə proseslərini sürətləndirmək və asanlaşdırmaqla yanaşı, yaradılan büdcələrin etibarlılığını artırır. Verilənlərin daxil edilməsi praktikalarında səhvlərə yer verməyən sistem təqdim edərək, güclü nəzarət mexanizmləri sayəsində data nəzarətini təmin edir. İnkişaf etmiş proqram arxitekturası sayəsində çevik və etibarlı iş platforması təqdim edən Logo Mind Budget, büdcə hazırlanmasında nizam-intizam və ardıcıllığı təmin edir.

Vaxta qənaət

Ardıcıl proqnozlar və düzgün qərarlar üçün ilk addım olan Logo Mind Budget, büdcə hazırlanması üçün tələb olunan vaxtı əhəmiyyətli dərəcədə azaldır və büdcə düzəlişlərini asanlaşdırır. Logo Mind Budget, büdcə proseslərini sürətləndirmək və asanlaşdırmaqla iş və vaxta qənaət edilməsini təmin edərkən, maliyə nəzarətini və maliyyə nəticələrini yaxşılaşdırır.

Xüsusiyyətləri

Logo Mind Budget, məlumat əldə edilməsini maksimum dəqiqliklə təmin edən bir strukturu ilə büdcə etibarlılığını artırır. Bundan əlavə, Microsoft Excel-ə uyğun arxitekturası sayəsində Excel-dən sürətli məlumat ötürülməsi mümkün olur. Təşkilati qrafiklər, büdcə maddələri, alt büdcələr, büdcə ölçüləri və ödəmə planları sistemdəki tək bir ekranda asanlıqla müəyyən edilə bilər və planlanmış büdcələrin sürətlə həyata keçirilməsinə imkan yaradır. Bu şəkildə büdcənin hazırlanması dövründə sərf olunan vaxt və səylər əhəmiyyətli dərəcədə azalaraq insan resurslarına qənaət olunmasını təmin edir.

Logo Mind Budget çözümünde kullanılan bütçe mimarisi, tüm bütçe bileşenlerine uygulanan parametrelerin esnek şekilde tanımlanabilmesini sağlıyor. Bu parametrelerin olası senaryolara göre uyarlanmasıyla farklı bütçe modelleri hızla oluşturulabiliyor. Böylece işletmeler, farklı ihtimaller doğrultusunda bütçe hesaplamaları yapabiliyor. 

Logo Mind Budget`in müxtəlif sektorlardakı müəssisələrin iş vərdişlərinə cavab verən dizaynı sayəsində işçilər tez bir zamanda ona uyğunluşa bilirlər. Microsoft Excel-in hüceyrə və səhifə quruluşuna bənzər dizaynı ilə sürətli məlumat əldə edilməsini təmin edən bu həll, birgə iş birliyinə açıq, yenilikçi, ölçüləbilən, İT-dən asılı olmayan və istifadəçi yönümlü strukturu ilə istifadə rahatlığı təklif edir.

Logo Mind Budget ilə büdcələmə departamentlərə, təşkilatlara və şirkətlərə əsaslanır və hər büdcəyə daxil olan maddələr hesab planına əsasən yaradıla bilər. Hər hansı alt büdcə ümumi büdcə arxitekturasında birdən çox nöqtələrdə əks olunmaqla istifadə edilə bilər. Bu, ümumi büdcənin tutarlılığını yaxşılaşdırır. Büdcədəki hədəf və həqiqi dəyərlər izlənilə bilər, faiz əsaslı və ədədi fərqlər yaradıla, əvvəlki illərlə müqayisə edilə bilər. Bundan əlavə, büdcə maddələrini hədəflərə əsasən paylamaq istəyirsinizsə, məbləğlərə, faizlərə, əvvəlki ilin məbləğlərinə və nisbətlərinə və ya dörddəbirlərə əsaslanan müxtəlif paylama seçimləri Logo Mind Budget-da istifadə edilə bilər.

Şöbə, qurum və ya funksiyalara əsaslanan Logo Mind Budget ilə hazırlanan büdcələr sistemdə birləşdirilə bilər. Bu, alt büdcələr arasında uyğunluğu təmin edir və müəssisənin ümumi büdcə perspektivinin tez bir zamanda müəyyən edilməsinə imkan verir. Məsələn, marketinq şöbəsi üçün hazırlanmış büdcə ümumi büdcə ilə birləşdirilir və daha sonra alt hissədəki büdcələrə eyni ekran vasitəsilə asanlıqla daxil olmaq mümkündür. Bundan əlavə, Logo Mind Budgetdə nağd pul vəsaitlərinin hərəkəti hesabatı, gəlir hesabatı və balans hesabatı kimi maliyyə hesabatları hazırlana bilər və büdcə analizləri pivot cədvəlləri, müasir qrafika və standart hesabatlar vasitəsi ilə asanlıqla həyata keçirilə bilər. Logo Mind Budget ilə inteqrasiya olunmuş Logo Mind Insight Biznes analitikası həlli, mənbələrindən məlumat alaraq istifadəçilərə oxunması asan və olduqca interaktiv ekranlar təklif edir.

Logo Mind Budget, istifadəçilərin ətraflı büdcə maddələri arasında yoxa itməməsi və digər istifadəçiləri də məlumatlandırması üçün funksional qeyd götürmə xüsusiyyəti təqdim edir.  Büdcəyə əlavə edilmiş təsviri qeydlər, büdcə təqibini asanlaşdırmaqla yanaşı, işçilər arasında rabitə və məlumat mübadiləsini gücləndirərək büdcənin etibarlılığını artırır.

Büdcənin hazırlanması prosesi komanda işidir. Logo Mind Budget ətraflı avtorizasiya xüsusiyyəti ilə əlaqədar, bütün dərəcələrin öz icazə səviyyələrinə uyğun ekranları görmələrini təmin edir. Bu, iş təsvirlərini asanlaşdırır və sistem planlaşdırılan tapşırıqlar və büdcə kilidləmə kimi inkişaf etmiş xüsusiyyətlərlə daha etibarlı və effektiv olur.

Logo Mind Budget, əvvəlki ilin büdcəsini kopyalamaqla planlaşdırılan yeni dövr üçün büdcələməyə imkan verir.

Logo Mind Budget, bir çox valyuta və şirkətlərlə, eləcə də gələcək inkişaf məqsədləri ilə qlobal miqyasda fəaliyyət göstərən müəssisələrin üstünlük verdiyi büdcələmə həlli kimi önə çıxır. Qlobal bazarlarda fəaliyyət göstərən və ya xarici investorların maraqlandığı şirkətlər Logo Mind Budget ilə qlobal meyarlara uyğun maliyyə hesabatları hazırlaya bilirlər.

Bu sahələr üçün uyğundur:

– Satış və distribusiya

– Tikinti

– İstehsal

– Pərakəndə satış

– Səhiyyə

– İdman və əyləncə

– Neft və qaz

– Mühəndislik

– Tikinti və istismar

– Səyahət və daşıma

SUALLAR VƏ SORĞULARINIZ ÜÇÜN

Məhsullarımız haqqında məlumat istəyə və bir demo məhsul tələb edə bilərsiniz. Mütəxəssislərimiz sorğularınız üçün ən uyğun həlli tapmaqda köməklik göstərəcəklər.

Qeyd edilən formu doldurub təqdim edərək Siz BeİT vebsaytının istifadə qaydaları və şərtlərini anlayıb qəbul edirsiniz. Mövcud olan giriş, saxlama, düzəliş, silinmə, təhlükəsizlik, səhifələrarası keçirdlər və digər mövzular daxil olmaqla şəxsi məlumatlarınızın toplanması və istifadəsi haqqında bütün detallar BeIT məxfilik siyasətində mövcuddur.