Mind Navigator

ÜMUMİ BAXIŞ

Müəssisələrin tələb və tələbatlarına asanlıqla uyğunlaşan Logo Mind Navigator, yaradılan bütün kompleks verilənləri süzgəcdən keçirir (təmizləyir) və çoxölçülü təhlillər yolu ilə strateji əhəmiyyətli məlumatlara çevirir.

Dəyər qatan analizlər

Logo ERP məhsulları ilə inteqrasiya olunmuş Logo Mind Navigator, fərqli mənbələrdən əldə edilən kompleks verilənləri işləyib mənalı hesabata çevirərək müəssisələrə dəyər qatır. ümumi məlumatları ətraflı təhlil etmək, hazır modellər təqdim etmək və fərqli məlumat mənbələrinə qoşulmaq imkanları olan Logo Mind Navigator müəssisə daxilində data analizini mümkün edir.

Sürətli və dinamik hesabatlar

Gelişmiş filtr quruluşu sayəsində Logo Mind Navigator tələb olunan vaxtda lazımi məlumatlara daxil olur və bu məlumatlar əsasında hesabatların yaradılmasına imkan verir. Planlaşdırılmış tapşırıqlar sayəsində Excel hesabatları təyin olunmuş vaxt aralığına əsasən yenilənir və istədiyiniz insanlarla bölüşülür ki, bu da sürətli və dinamik hesabatların hazırlanmasına imkan verir. Hazırlanan hesabatlar bütün müvafiq şəxslərə elektron poçt vasitəsilə göndərilərək effektiv və sürətli ünsiyyəti təmin edir.

Xüsusiyyətləri

Logo Mind Navigator-a daxil edilmiş, heç bir fərdiləşdirmə tələb etməyən standart şablonlar hesabat proseslərini sürətləndirir və asanlaşdırır. Bu standart hesabatlar Materialların idarə olunması, Satışların idarə olunması, Satınalmanın idarə olunması, Sifarişin idarə olunması, Maliyyə İdarəetməsi, Mühasibatın idarə olunması və İstehsalın idarə olunması ilə əlaqədardır. Hazır sorğu modelləri, hesabat şablonları və saxlanılan prosedurlar sayəsində ətraflı hesabatlar çox qısa müddətdə hazırlana bilər.

Logo Mind Navigator, standart hesabatlardan daha çox sənaye və ya şirkətə aid hesabatların hazırlanması tələb olunduqda da istifadə edilə bilər. Xüsusi saxlanılan prosedurlar, istifadəçi tərəfindən müəyyənləşdirilmiş modellər və cədvəllər yaratmaq, fərqli data mənbələrindən məlumat çıxarma qabiliyyəti kimi xüsusiyyətləri ilə Logo Mind Navigator, istənilən formul və ya SQL bəndlərini yazmağa ehtiyac olmadan istənilən hesabatları asanlıqla fərdiləşdirir.

Təkmilləşmiş filtr quruluşu sayəsində Logo Mind Navigator fərqli mənbələrdən gələn məlumatları dəqiqliklı və tamamilə toplaya bilir. İdxal / İxrac xüsusiyyəti, məlumatların istədiyiniz yerlərdən alınmasına və hədəflənmiş yerlərə köçürülməsinə imkan verir və güclü data anbarı yaradır.

Logo Mind Navigator, müəssisədəki hər bir bölmənin real vaxt vəziyyətini izləmək üçün xülasə və ətraflı paylamalar, həmçinin vəziyyət və müqayisə cədvəlləri və qrafiklərini təqdim edir. Bu, maddi və stok vəziyyətləri, cari hesablar və pul vəsaitlərinin vəziyyəti kimi məlumatlara əlavə olaraq satışların, məhsulların, sifarişlərin, yığımların və ödənişlərin bölüşdürülməsini ətraflı şəkildə və müqayisəli cədvəllər, diaqramlardan istifadə edərək izləməyə imkan verir.

Logo Mind Navigator ayrıca Excel hesabatlarının müəyyən vaxt aralığında yenilənməsinə və e-poçt vasitəsilə qeydiyyatdan keçmiş şəxslərə göndərilməsinə imkan verir. Bu, iş məlumatlarında və dolayısı ilə hesabatlarda baş verən hər hansı bir dəyişikliyin müvafiq şəxslərlə paylaşılmasına imkan verir.

Logo Mind Navigator, mövcud məlumatların fərqli ssenarilərə çevrilməsini və daha sağlam fəaliyyət göstərməsini təmin edir. Sistemdə hazırlanan müqayisəli cədvəllərə lazımi dəyərləri daxil etməklə ssenarilər yaradıla bilər ki, bu şəkildə müxtəlif şərtlərin hansı nəticələr yarada biləcəyi daha sağlam şəkildə görülə bilər.

Logo ERP həlləri ilə inteqrasiya edə bilən Logo Mind Navigator, sistemdəki bütün məlumatları onlayn əldə edərək, hesabatların daima yenilənməsini təmin edir.

Bu sahələr üçün uyğundur:

– Satış və distribusiya

– Kiçik müəssisələr

– Tikinti

– Pərakəndə satış

– Səhiyyə

– İdman və əyləncə

– Neft və qaz

– Mühəndislik

– Tikinti və istismar

– Səyahət və daşıma

SUALLAR VƏ SORĞULARINIZ ÜÇÜN

Məhsullarımız haqqında məlumat istəyə və bir demo məhsul tələb edə bilərsiniz. Mütəxəssislərimiz sorğularınız üçün ən uyğun həlli tapmaqda köməklik göstərəcəklər.

Qeyd edilən formu doldurub təqdim edərək Siz BeİT vebsaytının istifadə qaydaları və şərtlərini anlayıb qəbul edirsiniz. Mövcud olan giriş, saxlama, düzəliş, silinmə, təhlükəsizlik, səhifələrarası keçirdlər və digər mövzular daxil olmaqla şəxsi məlumatlarınızın toplanması və istifadəsi haqqında bütün detallar BeIT məxfilik siyasətində mövcuddur.