j-Platform

ÜMUMİ BAXIŞ

Orta və iri müəssisələrin, eləcə də diler strukturu ilə fəaliyyəti göstərən şirkətlərin hər bir iş prosesinin başdan sona qədər, səmərəli və effektiv idarə olunmasını təmin edən Logo j-Platform ERP veb əsaslı strukturunun köməyi ilə hər yerdən və hər vaxt əldə oluna biləcək çevik həll təklif edir.

Minimum investisiya dəyəri, maksimum səmərəlilik

Veb əsaslı  Logo j-Platformu, çevik proqram arxitekturası ilə avadanlığın qiymətini azaldır, müəssisələrə, qrup şirkətlərinə və diler şəbəkələrinə sistemə sürətli və qənaətli bir şəkildə qoşulma imkanı verir və bütün əməliyyat prosesləri tək bir mərkəzdən idarə oluna bilir. İşin böyüməsinə paralel olaraq serverlərin sayı artırıla bilər və sistemdə məhdud sayda istifadəçilər təyin edilə bilər.

Geniş konfiqurasiya seçimləri

Müəssisələrin tələblərinə uyğun şəkildə formalaşdırıla bilən çevik j-Platforması, çoxsaylı konfiqurasiya seçimləri ilə ehtiyac və tələblərə əsaslanan iş proseslərinin konfiqurasiyasını təmin edir. Logo j-Platforması ilə standart ERP funksiyaları müəssisə və sektora xas olan tətbiqetmələr sayəsində zənginləşdirilə bilər.

Müxtəlif Logo həlləri ilə inteqrasiya

Logonun İnsan Resursları, Biznes Analitikası, Müştəri münasibətlərinin idarə edilməsi, İş Axının idarə olunması və e-həllər kimi bir çox yeni nəsil tətbiqetmələri ilə tam inteqrasiya oluna bilən Logo j-Platform, hərtərəfli ekosistem daxilindəki bütün iş proseslərinin səmərəli idarə olunmasına imkan verir.

Xüsusiyyətləri

Veb əsaslı strukturu və asan tətbiqetmə imkanı ilə Logo j-Platformu minimum texnoloji sərmayəsi ilə qurula bilər. Fərqli həllərlə inteqrasiya və əlavə modullarla fərdiləşdirmə prosesləri tez bir zamanda başa çatdırıla və həllər qısa müddətdə tətbiq edilə bilər. Veb əsaslı strukturu sayəsində Logo j-Platformaya istədiyiniz zaman hər yerdən daxil olmaq mümkündür.

Logo j-Platform, bir müəssisədəki bütün prosesləri mərkəzləşdirilmiş şəkildə idarə etməklə yanaşı, distribyutor şəbəkələri olan müəssisələrə bütün dilerlərinin layihələrini, qeydlərini və məlumatlarını tək bir nöqtədən izləyərək idarə etmək imkanı verir.

Logo j-Platform, yalnız Logo həlləri ilə deyil, həm də Veb Xidmətləri sayəsində üçüncü tərəfin həll və tətbiqetmələri ilə problemsiz şəkildə inteqrasiya edilə bilər.

Mövcud qanunvericiliyə və beynəlxalq mühasibat standartlarına tam uyğun şəkildə işləyən Logo j-Platform, standartlara uyğun maliyyə hesabatı imkanlarını təqdim edir. Əvvəlcədən müəyyən edilmiş maliyyə hesabatları xüsusi tələblərə əsasən fərdiləşdirilə bilər; əməliyyatlar qəbz qeydləri vasitəsi ilə əldə edilə bilər və bütün valyuta məzənnələri Logo portalından asanlıqla yüklənə bilər. Bundan əlavə, ikinci bir hesab planı yaradıla bilər və təşkilatlararası konsolidasiya tam olaraq əldə edilə bilər.

Logo j-Platformu, hamısı bir-birinə inteqrasiya edilmiş maliyyə idarəetməsi, satın alma, büdcə idarəetməsi, layihə idarəetməsi, satış və distribusiya, aktivlərin saxlanılması kimi bir çox fərqli funksiyaları əhatə edən bir sıra geniş modul həllər təklif edir.

Logo j-Platformu, çox valyutalı və çox dilli seçimləri, eyni zamanda bu həllin müxtəlif ölkələrin qaydalarına uyğunlaşdırılmasına imkan verən xüsusiyyətləri sayəsində yalnız Türkiyədə deyil, digər ölkələrdə də fəaliyyət göstərən müəssisələr üçün ideal bir həlldir. Bu səbəbdən beynəlxalq əməliyyatları dəstəkləyir və müxtəlif yerlərdə ofisləri olan müəssisələrə internet / intranet üzərindən təhlükəsiz və səmərəli məlumat mübadiləsi imkanları vasitəsilə konsolidasiya xidmətləri təklif edir.

Logo j-Platform həlli birdəfəlik lisenziya haqqı ödəməklə və ya lizinq modeli vasitəsi ilə alına bilər. Bu həll müəssisələrin öz serverlərində yerləşdirilə bilər və ya bu məqsədlə xarici hosting xidmətindən istifadə edilə bilər. Xarici hosting xidməti seçilməsi, bu həllin quraşdırma xərclərini də azaldır.

“E-faktura”, “e-kitab”, “e-arxiv”, “e-göndərmə”, “e-çıxarış” və “e-uzlaşma” kimi elektron proseslər birbaşa j-platforması həlli üzərindən asanlıqla idarə oluna bilər

Bu sahələr üçün uyğundur:

– Satış və Distribusiya

– Kiçik müəssisələr

– Tikinti

– Pərakəndə Satış

– Səhiyyə

– İdman və Əyləncə

– Neft və Qaz

– Mühəndislik

– İnşaat və İstismar

– Səyahət və Daşıma

J-Platform Onların seçimi

SUALLAR VƏ SORĞULARINIZ ÜÇÜN

Məhsullarımız haqqında məlumat istəyə və bir demo məhsul tələb edə bilərsiniz. Mütəxəssislərimiz sorğularınız üçün ən uyğun həlli tapmaqda köməklik göstərəcəklər.

Qeyd edilən formu doldurub təqdim edərək Siz BeİT vebsaytının istifadə qaydaları və şərtlərini anlayıb qəbul edirsiniz. Mövcud olan giriş, saxlama, düzəliş, silinmə, təhlükəsizlik, səhifələrarası keçirdlər və digər mövzular daxil olmaqla şəxsi məlumatlarınızın toplanması və istifadəsi haqqında bütün detallar BeIT məxfilik siyasətində mövcuddur.