Mind Insight

ÜMUMİ BAXIŞ

Logo Mind Insight, self-servis verilənlərin aşkarlanması və təhlili prosesini asanlaşdıraraq məlumatların müəssisələrə dəyər qazandıran mənalı və fəaliyyət-yönümlü informasiyalara çevrilməsini təmin edir.

Güclü analiz, verilənlərin aşkarlanması və vizuallaşdırma imkanı

Logo yenilikçi texnologiyalarını Qlik infrastrukturu ilə birləşdirən Logo Mind Insight Biznes Analitikası həlli, müəssisələrə bütün məlumatları vizuallaşdırmağa, təhlil etməyə və hesabat verməyə imkan yaradır. Bu, mövcud vəziyyəti və gələcək strategiyaları məlumatlar əsasında obyektiv və effektiv şəkildə idarə etməyə imkan verir.

Xüsusiyyətləri

Verilənlərin dərin təhlilini aparmaq, xarici və mobil mühitdəki məlumatları paylaşmaq, dəqiq və etibarlı korporativ məlumat idarəetmə xidməti təklif etmək üçün hazırlanmış olan Logo Mind Insight, self-servis məlumatlarını bütöv yeni səviyyəyə qaldırır. Logo Mind Insight istifadəçiləri sistemdə heç bir məhdudiyyət, çeşidləmə olmadan asanlıqla axtarışlar edə və istədikləri meyarları təyin edərək suallarına tez bir zamanda cavab ala bilirlər.

Logo Mind Insight fərqli data mənbələrindən alınan bütün dataları diqqətlə təhlil edərək nəzərdən qaçırılan nəticələri ortaya qoyur və vizual qrafika ilə istifadəçilərin diqqətinə təqdim edir. Logo Mind Insight’ın ekran ölçüsünə avtomatik uyğunlaşan həssas dizaynı sayəsində yaradılan məlumat və şəkillər fərqli cihazlarda və ekranlarda istifadə edilə bilər.

Eyni layihə üzərində işləyən qrup üzvləri və ya fərqli layihə qrupları Logo Mind Insight haqqında məlumat mübadiləsi edərək müəssisənin ümumi maraqlarını nəzərə alan qərarlar qəbul edə bilirlər. Logo Mind Insight-da yaradılan mərkəzi məlumat deposu, müxtəlif analiz sahələri və iş qrupları üçün kontent axınları təmin edir, vacib analiz nəticələrinin tez bir zamanda alınmasına və ya digər qruplarla paylaşılmasına imkan verir.

Logo Mind Insight, daxili sistemlərlə məhdudlaşmadan veb və ya mobil tətbiqetmə vasitəsi ilə istifadə edilmək qabiliyyəti sayəsində bütün analitik imkanlara mobillik gətirir. Verilənlərin aşkarlanması, təhlili, vizuallaşdırılması, hesabat verilməsi və əməkdaşlıq kimi bütün xüsusiyyətlərə vahid HTML5 müştərisi sayəsində istənilən cihaz vasitəsi ilə daxil olmaq olar. İOS və Android əməliyyat sistemi olan cihazlara yüklənə bilən Qlik Sense Mobil tətbiqi ilə asanlıqla Logo Mind Insight serverinə qoşulmaraq əməliyyatlar aparmaq mümkündür. Bu mobil tətbiqetmə sayəsində sistem administratorunun icazə verdiyi bütün Logo Mind Insight tətbiqetmələri mobil cihazda görünə və yüklənə bilər.

Logo Mind Insight’ın istifadə asanlığı, eyni zamanda istifadəçilərin öz hesabatlarını asanlıqla tərtib etmək qabiliyyəti bu həlli digərlərindən fərqləndirir. Mərkəzi strukturda idarə olunan bütün verilənlər sürüşdür-burax metodu ilə asanlıqla yerləşdirilə və mürəkkəb SQL sorğuları yazmadan yaxud vizual obyektlərin bir-birinə bağlanmasıyla məşğul olmadan hesablamalar və vizual obyektlərlə zənginləşdirilə bilər.

Logo Mind Insight-ın təklif etdiyi güclü data inteqrasiyası sayəsində, hər hansı bir tətbiqetmə və ya verilənlərin saxlama vasitəsinə ehtiyac olmadan fərqli mənbələrdən alınan verilənlər təmizlənə, dəyişdirilə və birləşdirilə bilər.

Bu sahələr üçün uyğundur:

– Satış və distribusiya

– Tikinti

– İstehsal

– Pərakəndə satış

– Səhiyyə

– İdman və əyləncə

– Neft və qaz

– Mühəndislik

– Tikinti və istismar

– Səyahət və daşıma

SUALLAR VƏ SORĞULARINIZ ÜÇÜN

Məhsullarımız haqqında məlumat istəyə və bir demo məhsul tələb edə bilərsiniz. Mütəxəssislərimiz sorğularınız üçün ən uyğun həlli tapmaqda köməklik göstərəcəklər.

Qeyd edilən formu doldurub təqdim edərək Siz BeİT vebsaytının istifadə qaydaları və şərtlərini anlayıb qəbul edirsiniz. Mövcud olan giriş, saxlama, düzəliş, silinmə, təhlükəsizlik, səhifələrarası keçirdlər və digər mövzular daxil olmaqla şəxsi məlumatlarınızın toplanması və istifadəsi haqqında bütün detallar BeIT məxfilik siyasətində mövcuddur.