Diva POS

ÜMUMİ BAXIŞ

Xüsusi olaraq pərakəndə satış sektoru üçün hazırlanmış, daxili və ya bulud proqramı olaraq istifadə edilə bilən Logo Diva POS, bütün nağd əməliyyatların sürətli və asanlıqla izlənilməsini və idarə olunmasını təmin edir.

Pərakəndə satış üçün xüsusi texnologiya

Pərakəndə satış yalnız məhsulların görüntülənməsi və satışını əhatə etmir. Pərakəndə şirkətlərin müştəri təcrübəsinin idarə olunması, ön və arxa ofis tətbiqetmələrinin inteqrasiyası, sürətli və qüsursuz xidmət və müştəri məmnuniyyəti kimi sahələrdə daha çox texnoloji yönümlü olması lazımdır. Bu tələb üçün hazırlanmış Logo Diva POS, mağazalardakı satış əməliyyatlarının real vaxt rejimində idarə olunmasını təmin edir.

Daxili və ya bulud əsaslı istifadə

Logo Diva POS, pərakəndə satış şirkətlərinin öz buludunda və ya Logo buludunda asanlıqla aktivləşdirilə bilər

Bütün nağd əməliyyatlar üçün sürətli həll

Alış-verişdə rəqəmsal çevrilmə təcrübəsi təqdim edən Logo Diva POS, satış fakturalarından və gəlirlərindən kampaniyalara və qiymətlərin idarə edilməsinə, stok nəzarətindən müştəri qeydlərinə kimi bütün nağd əməliyyatlarının sürətli və asanlıqla həyata keçirilməsini təmin edir.

Xüsusiyyətləri

Logo Diva POS, pərakəndə satış şirkətlərinə heç bir sərmayə tələb etməyən bulud texnologiyasını təqdim edir. Bu texnologiya sayəsində terminallara, serverlərə, təhlükəsizlik proqramına, ehtiyat nüsxəsinə, verilənlər bazasının quraşdırılmasına, texniki dəstək xidmətlərinə, müxtəlif proqram lisenziyalarına və s. kimi investisiyalara ehtiyac qalmır. Sistemə daxil olan bütün məlumatlar bulud mühitində təhlükəsiz şəkildə saxlanılır, qorunur və yedəklənir. Quraşdırma və tətbiqetmə üçün mütəxəssisə ehtiyac yoxdur. Logo Diva POS-da internet bağlantısı və ya müəyyən edilmiş hesab olduğu müddətdə sistem birbaşa buluddan idarə edilə bilər. Logo ayrıca Diva POS-u daxili sistemdə istifadə etmək istəyən pərakəndə şirkətlərə də xidmət göstərir.

Logo Diva POS pərakəndə satış mağazaların yalnız məhsulları üçün deyil, həm də kassa əməliyyatları üçün yüksək keyfiyyətli xidmətlər təklif etməsini təmin etmək üçün hazırlanmışdır. Yüzlərlə filialı olan təşkilatlar üçün belə ümumi müştəri bazası vasitəsilə real vaxtda əməliyyatlar aparan Logo Diva POS sürətli və qüsursuz xidmətlər göstərə bilir.

Logo Diva POS-da yaradılan ümumi müştərilərin məlumat bazasındakı məlumatlar, müştərilərin fərqli mağazalarda alış-veriş məlumatlarını və ümumi alış-veriş tendensiyalarını əhatə etdiyi üçün Müştəri ilə Əlaqələrin İdarə olunması (CRM) tətbiqetmələri üçün dəyərli daxil olmaları təmin edir. Bu məlumatlardan istifadə edərək müştərilər üçün xüsusi təkliflər, kampaniyalar, hədiyyələr və reklam proqramları həyata keçirilə bilər. Bütün bu müddətdə Şəxsi Məlumatların Qorunması Qanununa (KVKK) əməl olunur və sistem qanunvericiliyin dəyişikliklərinə əsasən mütəmadi olaraq yenilənir.

Logo Diva POS, istər iki filialı olan bir mağaza, istərsə də yüzlərlə mağazanın olduğu bir şəbəkə olsun, hər hansı bir pərakəndə satış şirkətində nağd əməliyyatlar üzərində qüsursuz nəzarəti təmin edir. Hər hansı bir mağazadakı əməliyyatlar real vaxt rejimində izlənilə bilər, satış hesabatları istənilən vaxt alına bilər və məhsul qiymətlərindəki dəyişikliklər və ya kampaniyalar bütün mağazalara və ya yalnız müəyyən nöqtələrə asanlıqla tətbiq edilə bilər. Açılan hər yeni mağaza sistemə dərhal əlavə edilə bilər, mağazalar strukturlarına görə sonsuz sayda qruplaşdırıla bilər, mağazalar əsasında ödəmə variantları müəyyən edilə bilər və mağazalarda müəyyən əməliyyatlara icazə verilə bilər. Əlavə olaraq, e-ticarət saytları ilə ortaq platforma yaratması sayəsində ənənəvi mağazalar və onlayn ticarət mühitləri bir araya gətirilə bilər. Başqa sözlə, fərqli kanalların bir araya gəldiyi çox kanallı pərakəndə satış konsepsiyası, Logo Diva POS kassa üsulları vasitəsi ilə heç bir problem olmadan həyata keçirilir.

Ekrana toxunma rahatlığını istifadəçi yönümlü dizaynla birləşdirən Logo Diva POS, tabletlərdən əl telefonlarına və noutbuklara / masaüstlərinə qədər istənilən cihazda istifadə edilə bilər. İstifadəçilər tərəfindən sürətlə qəbul edilən Logo Diva POS, axtarış və video yardım seçimləri ilə istifadəni əhəmiyyətli dərəcədə asanlaşdırır. Bu xüsusiyyətlər sayəsində yeni gəlmiş kassir belə sistemi tez bir zamanda öyrənə bilər.

Logo Diva POS, mobil ödəmə və kampaniya sistemləri daxil olmaqla bütün cari ödəniş sistemləri ilə inteqrasiya edilə bilər. Əlavələrlə gücləndirilə bilən çevik quruluşu sayəsində yeni sistemlərə də uyğunlaşdırıla bilər. Logo Diva CHANNEL vasitəsi ilə həyata keçirilən nağd əməliyyatlar zamanı sistemdə yalnız qəbz və ya faktura deyil, elektron faktura da yazmaq mümkündür. Logo e-Arxiv və e-Faktura həlləri ilə tamamilə inteqrasiya olunmuş Logo Diva POS sayəsində, elektron fakturalar da sistem vasitəsilə çıxarılaraq istehlakçıya təqdim edildiyi zaman real vaxt rejimində inteqratora göndərilə bilər. Aylıq nağd əməliyyat hesabatları inteqrator vasitəsi ilə Gəlirlər İdarəsinə də göndərilə bilər. Bir sözlə, Logo Diva POS ilə ödəmə və faturalandırma proseslərinin bütün mərhələləri tək nöqtədən asanlıqla idarə edilə bilər.

Logo Diva POS ilə kassa əməliyyatları yalnız kassalarda deyil, həm də Logo Diva MOBILE vasitəsilə mağazanın müxtəlif nöqtələrində həyata keçirilə bilər. Bu xüsusiyyət sayəsində qeydiyyat növbələri azalır, müştərilər mağazada sərbəst alış-veriş edə bilirlər.

Cari stok məlumatlarına istənilən vaxt Logo Diva POS ilə daxil olmaq mümkündür. Mağazalar digər mağazalardakı stokları avtorizasiya yolu ilə nəzərdən keçirə bilir və bu səbəbdən məhsul stokları ilə bağlı müştəriləri düzgün yyönləndirmək mümkündür. Stok mağazalar arasında köçürülə bilər və stok transferi xüsusiyyəti ilə izlənilə bilər. Minimum stok səviyyəsi də yoxlanıla bilər və bu yoxlama sistemi sayəsində stokları effektiv şəkildə idarə edərək mağazalardakı stok miqdarına əsasən zəruri satış strategiyaları hazırlana bilər. Bundan əlavə, bütün keçmiş stok hərəkətlərini nəzərdən keçirmə qabiliyyəti sayəsində satın alma prosesləri planlaşdırılaraq xərclərə nəzarət edilə bilər.

Perakende gibi iş gücü devir hızının yüksek olduğu bir sektörde, eğitim ihtiyacını en aza indirmek hem zaman hem de maliyet tasarrufu açısından çok önemli. Hızla kullanıma alınabilen Logo Diva POS, arama ve video yardım seçenekleriyle de kullanıcıların işini önemli ölçüde kolaylaştırıyor. Bu özellikler sayesinde, işe yeni başlayan bir kasa görevlisi bile sistemi hızla öğrenebiliyor. 

Logo Diva-nın Yardım heyyəti həftə işi 08: 00-22: 00, həftə sonları və tətil günləri 10: 00-22: 00 arasında xidmət göstərir. Texniki yardım lazım olduqda Logo Diva Yardım xətti ilə əlaqə qurmaq kifayətdir. Məsələ qeydə alınan kimi problemlər tez bir zamanda həll olunur.

Bu sahələr üçün uyğundur:

– Pərakəndə satış

SUALLAR VƏ SORĞULARINIZ ÜÇÜN

Məhsullarımız haqqında məlumat istəyə və bir demo məhsul tələb edə bilərsiniz. Mütəxəssislərimiz sorğularınız üçün ən uyğun həlli tapmaqda köməklik göstərəcəklər.

Qeyd edilən formu doldurub təqdim edərək Siz BeİT vebsaytının istifadə qaydaları və şərtlərini anlayıb qəbul edirsiniz. Mövcud olan giriş, saxlama, düzəliş, silinmə, təhlükəsizlik, səhifələrarası keçirdlər və digər mövzular daxil olmaqla şəxsi məlumatlarınızın toplanması və istifadəsi haqqında bütün detallar BeIT məxfilik siyasətində mövcuddur.