Tamamlanan

ÜMUMİ BAXIŞ

Burada uğurla tamamladığımız layihələrimiz haqqında qısa məlumat əldə edə bilərsiniz.

System Air

Dünyada bir çox ölkələrdə fəaliyyət göstərən System Air şirkəti Azərbaycanda da bir çox böyük layihələrə imza atmışdır. System Air şirkəti proqram tətbiq edilməsi üçün bizə müraciət etmiş, tərəfimizdən iş proseslərinə uyğun olaraq təklif edilən Logo GO proqramı uğurla tətbiq edilmiş lazımi hesabatlar, fəaliyyətlərin sistem üzərində aparılması mümkün olmuşdur. Uğurlu əməkdaşlığımız davam etməkdədir.

LP MMC

Sənaye Məhsullarının İstehsalı üzərə inkişaf etməkdə olan LP MMC bütövlükdə şirkətin Maliyyə, Mühasibatlıq, Satınalma, İsti və Soyuq Satış, Mobil Satış sistemi quraşdırılaraq vahid sistemlə inteqrasiyalı fəaliyyətinin təmin edilməsi, bir neçə mərhələli İstehsalat və s. Proseslərinin ERP sistemi ilə avtomatlaşdırılması üçün bizi seçmişdir. Layihə çərçivəsində şirkətdə “Tiger Enterprise” proqramı uğurla tətbiq edilmiş, şirkətin bütün prosesləri sistem üzərində öz əksini tapmışdır. Uğurlu əməkdaşlığımızı qürurla qeyd edirik.

Garant İnşaat Sənaye

Bizim Garant İnşaat Sənaye Şirkətindəki uğurlu fəaliyyətimiz nəticəsində Hesabat dizaynları ilə bağlı problemlər aradan qaldırılmış, Satış və alışlar ilə bağlı prosedurlar təkmilləşdirilmişdir. Garant İnşaat Sənaye və BeIT&amp Partners şirkətlərinin birgə fəaliyyəti daha bir uğurlu ERP Proqramı tətbiqi ilə yekunlaşmışdır. Garant İnşaat Sənaye şirkəti müştərilərimiz arasında özünəməxsus yerini tutaraq haqqımızda xoş fikirlərini səsləndirirlər.

AzRib

AzRib şirkətindəki fəaliyyətimiz çoxçeşidli məhsulların satışı, dağıdılması, müştərilərlə hesablaşmaların təmin edilməsi, Maliyyə-mühasibatlıq hesabatları və Anbarlarda olan problemlərin həll edilməsi ilə başlamışdır. Tətbiq edilmiş “Tiger 3” ERP Proqramı ilə mövcud problemlər aradan qaldırılmış, proseslər və hesabatlar konfiquratsiya edilərək layihə yekunlaşdırılmışdır. Servis xidməti göstərilməsi üzərə əməkdaşlığımız davam etdirilir.

Hidro İnşaat Servis

Hidro İnşaat Servis şirkətində istifadə edilən ERP sisteminin təkmilləşdirilməsi və sistem yanlışlıqlarının aradan qaldırılması ilə bağlı başladığımız layihədə Plan üzərə görülməli işlər həyata keçirilərək ERP sistemi tamamlanmış şəkildə təqdim edilmiş, servis xidməti üzrə əməkdaşlığımıza start verilmişdir.

Hidro Park

Hidro Park şirkətindəki mövcud sistemin təkmilləşdirilməsi və proseslərə uyğunlaşdırılmış ERP sisteminin qurulması üçün başladılmış Layihə Planlanan vaxtda tərəfimizdən uğurla tamamlanaraq təhvil verilmişdir. Hidro Park şirkəti ilə əməkdaşlığımız davam etdirilir. Hidro Park şirkəti bizim ilə əməkdaşlığından şad olduğunu hər zaman qeyd edir.

Modern Hospital

Səhiyyə sektorunda qabaqcıl müəssisələrdən olan Modern Hospital mövcud biznes proseslərinin ideallaşdırılması, Vahid sistemin formalaşdırılması, Satınalma proseslərinin avtomatlaşdırılması və tibbi idarəetmə sistemləri ilə mükəmməl inteqrasiyalı fəaliyyətin təmin edilməsi üçün müraciət etmişdir. Tərəfimizdən biznes proseslər formalaşdırılaraq “Tiger 3” proqramı tətbiq edilmiş və tibbi idarəetmə sistemi “Ak gun” proqramı ilə inteqrasiya edilərək mükəmməl sistem yaradılmışdır. Bu gün “Modern Hospital” heyyəti və layihə çərçivəsində cəlb edilmiş əməkdaşların haqqımızda yüksək fikirdə olması bizi qürurlandırır.

NB Group

Sektorunda özəl yer tutan NB Group şirkəti də ERP Sistemlərinin qurulmasını və tətbiqini bizə həvalə etmişdir. Maliyyə və Mühasibatlıq hesabatlarını, hesablaşmalarını və digər fəaliyyət əməliyyatları ilə bağlı hesabatlarının alına bilinməsi üçün qurulmalı olan Universal Vahid Sistem tərəfimizdən Layihə başlandıqdan sona qədər planlanmış vaxtlar ərzində təhvil verərək öz gücümüzü bir daha göstərdik. Layihənin nəticəsində NB Group şirkətinin ERP İstəkləri tamamilə qarşılanaraq, əməkdaşlığımız davam etdirilir.

Mineral Sular

Dəyərli müştərilərimizdən biri olan Mineral Sular MMC şirkəti də ERP Sistemlərinin qurulmasını bizə etibar etmişdir. BeIT&amp Partners olaraq Mineral Sular MMC-də ERP Proqramı kimi Tiger 3 proqramı uğurla tətbiq edilmiş, şirkətin fəaliyyəti və iş prosesləri yetəri qədər asanlaşmışdır. Daxil olan sifarişlərin artması ilə əlaqədar olaraq, Təklifimiz üzərə “3CX Call Center” proqramı da tətbiq edilərək, Tiger 3 proqramı ilə inteqrasiyası təmin edilmişdir. Nəticədə Lazımi hesabatların vahid sistemdən alınması, qəbul edilmiş Sifarişlərin bir başa ERP Proqramında əks etdirilməsi prosesi tamamlanmışdır. Uğurlu əməkdaşlığımız davam etməkdədir.

Sutikinti

Sutikinti Şirkəti bölgələrdə fəaliyyət göstərən müştərilərimizdən biri olaraq Akkord Sement Zavodunun Satış Təmsilçisi kimi, Beton istehsalı və s. kimi çoxşaxəli fəaliyyət göstərir. Bütün fəaliyyətin Vahid sistemdə əks etdirilməsi üçün tətbiq etdiyimiz Tiger 3 ERP Proqramı ilə bütün hesablaşmaları, anbar hesabatları, maliyyə və mühasibatlıqdakı hesabatlar ilə bağlı problemlər aradan qaldırılmış, Layihə uğurla sonlandırılmışdır. Əməkdaşlığımız isə davam etdirilir.

Akkord Qazax Sement Zavodu

Tanınmış Akkord Qazax Sement Zavodu da Proqram təminatı Layihələrində müştərimizdir. Qazax Sement Zavodunun fəaliyyətinə uyğun olaraq ERP sisteminin
qurulması, BPM proqramı tətbiqi ilə Logistika, Müştəri sifarişlərinin avtomatlaşdırılması, Müqavilələrin sistemləşdirilərək proqramdan alınması, Müştərilər ilə Hesablaşma, Müştəri bazasının Satış Menecerləri tərəfindən idarə edilə bilinməsi prosesləri uğurla avtomatlaşdırılaraq Tiger proqramı ilə inteqrasiya edilmiş, şirkətdəki iş gücünün səmərəliliyini artırmışdır.

Fatoğlu Gəncə Dəyirmanı

Şirkətin istehsal fəaliyyətinin avtomatlaşdırılması, istehsal zamanı resepturalara və prosedurlara uyğun olaraq istehsalatın mərhələli hesabatlarının əldə edilməsi ilə bağlı yaranmış problemlərin aradan qaldırılması məqsədi ilə təqdim etdiyimiz Tiger Enterprise ERP sistemi tətbiqi Layihəsi sonunda bütün məqsədlərimizə çatdıq və müştərimizi razı salaraq daha bir uğurlu Layihəyə imza atdıq.

Buta AGRO

Azərbaycanda Premium səviyyəli tərəvəzlərin böyük istehsalçılarından biri olan Buta AGRO şirkəti mövcud ERP Sisteminin yenilənməsi, Yeni ERP proqramının şirkətin mövcud iş prosesləri üzərə tətbiq edilməsi və əlavə olaraq BPM sistemi ilə təmin edilməsi ilə bağlı müraciət etmişdir. Tərəfimizdən şirkətdə ERP Sistemi Tiger 3 proqramı ilə əvəz edilmiş, Anbar, İstehsalat, Maliyyə, Mühasibatlıq, Satınalma və s. İş yerləri və departamentlərin fəaliyyəti ilə bağlı hesabatların alınması uğurla təmin edilmişdir.

SMTS

Müxtəlif İş Yerlərində və Departamentlərində fərqli proqramların istifadə olunması səbəbindən fəaliyyətin lazımi detallı hesabatların alınması və fəaliyyətin nəzarəti məsələlərində SMTS şirkəti müəyyən çətinliklərlə üzləşirdi. Şirkətə tərəfimizdən təqdim edilmiş Tiger 3 və E-Flow BPM Proqramının İnteqrasiyası nəticəsində İş yerlərinin və Departamentlərin fəaliyyətinə mərkəzdən nəzarəti mümkün olmuşdur. Ətraflı şəlikdə Maliyyə, Mühasibatlıq, Satınalma, Satış, Texniki İstehsalat, Hüquq və İnsan Resursları ilə bağlı hesabatlar Vahid Sistemdən əldə olunmuşdur. ERP və BPM proqramlarının tətbiqi uğurla başa çatdırılmışdır. Tikinti sektorunda öndə gedən SMTS şirkəti bu gün də bizim müştərimizdir.

Petroleum Service Group

Şirkət neft sektorunda göstərdikləri xidmətləri ilə məşhurdurlar. Xəzər regionunda və xaricində neft və qaz sənayesinə vahid xidmətlər göstərən bir şirkətlər qrupudur. ERP sisteminin təmin edilməsi məqsədilə Logo Unity proqramı vasitəsilə Maliyyə-mühasibat hesabatları, anbar izləmə və Satınalma sistemi quruldu.

Transqeyt

Şirkət nəqliyyat-daşınma şirkəti olaraq fəaliyyət göstərirdi. Proseslərin avtomatlaşdırılması və nəqliyyat xərc və gəlirlərindən əlavə olaraq şirkət avtoehtiyat hissələrinə də sərf etdiyi maliyyə xərclərini izləyə bilmək üçün bizə müraciət etmişdir. Logo- Unity proqramı vasitəsilə Maliyyə-mühasibatlıq avtomatlaşdırılmış hesabat sistemi quruldu.

Socar Baghlan

Neft sektoru ilə əlaqəli olan bu şirkət neft qazma sahələrində neft maddələri tərəfindən çirklənmiş torpağın təmizlənməsi və bərpa olunması ilə məşgul olurdu. Tərəfimizdən biznes proseslər formalaşdırılaraq Maliyyə-mühasibatlıq hesabatlarının avtomatlaşdırılması mümkün olmuşdur.

Baku Football Club

“Bakı Futbol Klubu” 2016-cı ildən bəri həvəskar klub olaraq Bakıda fəaliyyət göstərən bir Azərbaycan futbol klubudur. Bundan əvvəl Bakı Azərbaycan Premyer Liqasında 18 mövsüm oynamış, iki dəfə çempionluq qazanməşı və üç dəfə Ölkə Kubokunu qazanmışdır. The club has approached us to set up and implement an ERP system, and we have set up financial reporting and tax reporting systems with the Logo Unity program in accordance with business processes.

Akfa Elektrik

Şirkəti 1994-cü ildə yaradılmışdır və artıq 20 ildən çoxdur ki, fəaliyyət göstərir. Hal-hazırda şirkətin 10.000 çeşidlə Hollandiya, Türkiyə, BƏƏ, İtaliya, Macarıstan, Almaniya, Çin, Polşa, Qırğızıstan, Ukrayna kimi ölkələrlə sıx ticarət əlaqələri qurur və bu əlaqələr getdikcə genişlənməkdədir. Şirkətimiz tərəfindən proseslər dəyərləndirildikdən sonra anbar hesabatı, kassa hesabatı və satış hesabatı sistemləri uğurla qurulmuşdur.

Baki Taxi

Bakı şəhəri və Abşeron yarımadası ilə yanaşı, Heydər Əliyev Beynəlxalq Aeroportundan şəhərin istənilən nöqtəsinə təhlükəsiz, komfortlu və taksometrlə təyin edilən standart qiymətlərlə sərnişin daşıma xidməti təşkil edir.
Şirkət ilə Maliyyə-mühasibatlıq hesabatları və Anbarlarda olan problemlərin həll edilməsi məqsədilə proseslərin avtomatlaşdırılmasına başlanıldı. Layihə uğurla başa çatmışdır və nəticədə Anbar, Satınalma prosesi, Maliyyə-mühasibatlıq sistemi quruldu.

AZFilter

Şirkəti 2009-cu ildən fəaliyyətə başlayıb. Bu, Bakı şəhərində su təmizləmə ilə birbaşa məşğul olan ilk sərgi salonudur. Şirkət mürəkkəb prosesləri və sənəd axınını avtomatlaşdırmaq üçün bizə müraciət edib və TIGER Winx ilə bütün prosesləri uğurla icra edə biləcəyik.

VELİEV GROUP

“VELİEV” şirkəti 2005-cü ildə plastik qapı-pəncərə profillərinin istehsal edilməsi məqsədi ilə qurulmuş və 15 ildən çoxdur Azərbaycanda qapı və pəncərə profilləri sektorunda çalışır. Eflow və Logo Tiger 3 programı sayəsində mühasibat uçotu, anbarlar arası transfer və istehsalat prosesinin avtomatlaşdırılması səhvlərin qarşısını almaq daha operativ şəkildə işlərin həll olunmasına köməklik göstərir.

SUALLAR VƏ SORĞULARINIZ ÜÇÜN

Məhsullarımız haqqında məlumat istəyə və bir demo məhsul tələb edə bilərsiniz. Mütəxəssislərimiz sorğularınız üçün ən uyğun həlli tapmaqda köməklik göstərəcəklər.

Qeyd edilən formu doldurub təqdim edərək Siz BeİT vebsaytının istifadə qaydaları və şərtlərini anlayıb qəbul edirsiniz. Mövcud olan giriş, saxlama, düzəliş, silinmə, təhlükəsizlik, səhifələrarası keçirdlər və digər mövzular daxil olmaqla şəxsi məlumatlarınızın toplanması və istifadəsi haqqında bütün detallar BeIT məxfilik siyasətində mövcuddur.